“Bədənimi gizlətmək ehtiyacı hiss etmirəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Bədənimi gizlətmək ehtiyacı hiss etmirəm” - Fotolar

Tanınmış müğənni Göksəl “Həftə sonu” jurnalına müsahibə verib

Tanınmış müğənni Göksəl “Həftə sonu” jurnalına müsahibə verib. Romantik və hit mahnıları ilə tanınan müğənni son illər seksual imiciylə də diqqət mərəzindədir. Elə buna görə də ondan müsahibə götürən müxbirin də ağlına ilk öncə bu gözəlliyin sirrini öyrənmək gəlib.

Göksəl isə suallara səmimi şəkildə cavab verib xarici görünüşü ilə bağlı danışmaqdan çəkinməyib:

"1997-ci ildə imicim fərqli idi, o vaxtlar seksual olmaqdan çəkinirdim. Lakin illər keçdikcə qadın olmaq fikri ilə barışdım. Özümü, vücudumu bəyənirəm və buna görə də çox xoşbəxtəm. Ona görə artıq özümü, bədənimi gizlətmək ehtiyacı hiss etmirəm”.

Göksəl eşq haqqındakı düşüncələrini də bölüşüb:

"Eşq olmasa, mən də olmazdım. Mənim üçün eşq sadəcə kiminləsə münasibətdə olmaq demək deyil. Platonik eşqə daha çox inanıram. Xəyallarımızda yaşadıb böyütdüyümüz hisslər məni daha çox cəlb edir. Sevgi münasibətində isə təkrarlanan nəsə var. Hazırda özümü eşqə hazır hiss etmirəm".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm