Zamiqlə Yusif Güney duet oxuyub - Fotolar
Bizi izləyin

Tabloid.az

Zamiqlə Yusif Güney duet oxuyub - Fotolar

Zamiqlə Yusif Güney duet oxuyub

“Li-li group”un Türkiyənin “Mərdan yapım" şirkəti ilə birgə məhsulu olan “Körpü şou”nun İstanbulda ekranlaşdırılan növbəti buraxılışında müğənnilər Zamiq Hüseynov, Yusif Güney və astroloq xanım Nuray Sayari iştirak ediblər.

Verilişin aparıcısı Aynur Hacıyevanın təqdimatında ikinci buraxılış da maraqlı məqamlarla yadda qalıb. Yusif Güneyin Azərbaycana səfərlərini xatırladan Aynur xanım bu bağlılıqdan bir səmimiyyət yarandığını çəkiliş zamanı hiss edib.

S.Yusifin təqdimatında parodiyalar verilişə rəng qatıb. Eyni zamanda, Zamiqlə türkiyəli sənətçinin birgə iki dildə canlı duetləri coşqu yaradıb. Nuray Sayari isə öz növbəsində Azərbaycandan çoxlu mesajlar aldığını diqqətə çatdırıb və maraqlı açıqlamalar verib. Leyla Babayeva isə ansamblla birlikdə məhşur mahnılarımızdan səsləndirib.

Qeyd edək ki, “Körpü şou” fevralın 8-də 22:45-də Xəzər televiziyasında yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm