Şahzadənin yeni sevgilisi, Keytin isə eltisi kim olacaq? - Fotolar
Bizi izləyin

Tabloid.az

Şahzadənin yeni sevgilisi, Keytin isə eltisi kim olacaq? - Fotolar

Şahzadənin yeni sevgilisi, Keytin isə eltisi kim olacaq?

30 yaşlı Britaniya şahzadəsi Harri ilə 24 yaşlı cazibədar aktrisa Emma Stounu nə birləşdirə bilər? İlk baxışda onları doğulduqları məkandan - Böyük Britaniyadan başqa heç nə birləşdirməsə də, ingilis mətbuatı onların sevgili olduğunu iddia edir.

"Woman's Day" jurnalının verdiyi məlumata görə, cütlük artıq bir neçə dəfə gizli görüşməyə də macal tapıb. Deyilənlərə görə, şahzadə Harri özü bu tanışlığın təşəbbüskarı olub. O, gecə məcslisi təşkil edib və dostları ilə birlikdə Emmanı da qonaq çağırıb. Onların görüşünə 12 nəfər də şahidlik edib. O, bu məclislə Emmaya sərt deyil, şən və əyləncəli biri olduğunu sübut etməyə çalışıb. Emmanın artıq şahzadənin ailəsi ilə də tanış olduğu bildirilir.

Mənbə jurnalın müxbirinə verdiyi açıqlamada onu da əlavə edib ki, Harri Emmanın ancaq zahirinə vurulmayıb. Harri Emmanın idmançı sevgilisi Metyu Cennidən ayrıldığını biləndən sonra ona email yazıb. Onu çox bəyəndiyini, tanış olmaq arzusunu bildirib. Aktrisa şahzadəyə etiraz edə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm