20 yerli məşhur 1 klipdə
Bizi izləyin

Tabloid.az

20 yerli məşhur 1 klipdə

20-ə yaxın məşhur sima klipdə rol alıb

ABD Malik yeni klip çəkdirir. Tabloid.az xəbər verir ki, ifaçı ATV telekanalına açıqlamasında bu işi ilə yerli kliplər arasında ilkə imza atacağını deyib. Onun sözlərinə görə, klip indiyədək heç bir ekran işində olmayan bir layihə əsasında çəkilib:

“Yeni klip çəkdirirəm. 2 həftədir iş gedir. Klipdə 20-yə yaxın məşhur sima rol alıb. Onların hamısını tanıyırsınız".

Mahnının sözləri ABD Malikə, musiqisi isə almaniyalı bəstəkara aiddir.

İfaçı yeni albom üzərində işlədiyini, oraya Malik Zülfiyyə Xanbabayeva ilə duetini də daxil etdiyini bildirib:

"Yeni albomda Xanbabayeva ilə duetimiz də olacaq. Amma biz bu dueti Miri Yusifdən əvvəl ifa etmişik. Sadəcə, o, daha tez təqdim edib. Bizim mahnı ondan sonra işıq üzü görüb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm