Tabloid.az
Heyranedici model Bar Rafaelin cazibədarlıq sirləri - Fotolar
Dünyanın ən cazibədar modellərindən olan Bar Rafaeli sağlam qidalanır. Siqaret və içki kimi zərərli vərdişləri olmayan, bütün nəzarəti əlində saxlayan peşəkar modeldir. Modelin gözəlliyindən söz düşəndə ağlın gözəllikdən daha üstün olduğunu, fəqət kişilərin çoxunun gözəlliyə daha çox önəm verdiyini düşünür. İsrailli model Bar Rafaeli cazibədar bədən quruluşunun sirrinin idmanı həyat tərzinə çevirməkdə və sağlam qidalanmağı ilə izah edib. Tabloid.az 29 yaşlı heyranedici modelin cazibədarlıq sirlərini təqdim edir:
1. Selluliti azaltmaq: Köklük və sellulit genetik ola bilər, amma hədəfə alınmış yağları əritmək üçün hər gün krem çəkin. Aerobika ilə deyil, yüngül idman növləri ilə məşğul olun və pəhriz saxlayın. Bunlardan birinə əməl etsəniz, bu mübarizədə udan tərəf siz olacaqsınız.
2. Keratin baxımı: Keratin çimərlikdə saçlar üçün idealdır. Bu şəkildə sudan çıxdıqdan sonra saçlar elektriklənməyəcək və düz qalması mümkün olacaq.
3. Qum üzərində yürüş: Ayaqların gözəlləşməsində qumun rolu böyükdür. Yürüş zamanı əzələləri məşq etməyə məcbur edir. Soyuq suda üzmək isə dəriyə canlılıq vermək üçün mükəmməl üsuldur.
4. Pilinq: Yay günlərində gözəllik rituallarınızın əvəzolunmaz mərhələsi olmalıdır. Bunun sayəsində dərini Günəşdən daha yaxşı qorumuş olacaqsınız. Dərinin bərabər qaralması üçün günəş şüaları əleyhinə olan SPF tərkibli krem və yağlar çəkin.
5. Antioksidantla zəngin pəhriz: İl boyu yaxşıdır, amma isti günlərdə sizi günəşin zərərli təsirlərindən qoruycaq və dərinin erkən yaşlanmasının qarşısnı almaq üçün çox vacibdir. Yaşıl yarpaqlı bostan tərəvəzləri, sarı və narıncı meyvələr eyni zamanda, dəridə tünd tonu qorumağa kömək edir.
6. Palçıq vannası: Bar Rafaeli Lut gölü palçığını bədəninə çəkir. İpək kimi yumşaq və parlaq dərisinin sirri də əmin olun ki, buradan qaynaqlanır.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi