Tabloid.az
Banan ununu mətbəxinizə daxil etməyə hazır olun
Dünya mətbəxində yeni bir trend başlayıb. Belə ki, bir çox ölkədə banan unundan istifadə etməyə başlayıblar. Braziliyada yetişdirilən dəyməmiş yaşıl rəngli bananlardan əldə edilən bu unun dadı normal undan fərqlənmir.
Mütəxəssislər bildirirlər ki, banan unu sağlamlıq baxımından çox faydalıdır. Çünki tərkibi kalium və maqneziumla zəngindir. Qlütenə allergiyası olanlar adətən un məhsullarından hazırlanan qidaları yeyə bilmirlər. Ancaq banan ununda qlüten yoxdur, ona görə allergiyası olanların bu problemi də aradan qalxmış olur.
Banan ununun digər bir faydası isə qan şəkərini tənzimləməsi və bu xüsusiyyəti sayəsində insanı daha uzun müddət tox saxlamasıdır.
Bütün bu üstün cəhətlərinə görə, hazırda başda İngiltərə olmaqla bir çox ölkədə banan unundan bişirilən keks və çörəklərə tələb çoxdur.
Tabloid.az
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ
-
Magazin203:23
Bir reklam postunu 1 milyona paylaşır - FOTO