Nazpəri Dostəliyevaya “Lamborghini” hədiyyəsi - FOTO
Bizi izləyin

Tabloid.az

Nazpəri Dostəliyevaya “Lamborghini” hədiyyəsi - FOTO

Xalq artisti Nazpəri Dostəliyeva yeni fotosunu paylaşıb.

Daim bahalı daş-qaşları, avtomobilləri ilə göz önündə olan sənətçiyə dəyərli həddiyə edilib.

Pərəstişkarları tərəfindən tez-tez hədiyyə alan sənətçinin bu dəfəki sürprizi “Lamborghini” olub. Bu sizin düşündüyünüz milyon dəyərində olan avtomobil deyil, eyni markadan olan mobil telefondur.

Qeyd edək ki, bu telefonun qiyməti isə 5 min manata yaxın dəyərində qiymətləndirilir.

Müğənni hədiyyəyə görə çox sevincli olduğunu vurğulayıb. İfaçı bahalı telefonun fotosunu çəkib şəxsi İnstaqram səhifəsində "Təşəkkür edirəm canım" şərhi ilə paylaşıb. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm