Tabloid.az
Italiyalı müğənni yeni proyektini yanğın qurbanlarına həsr edəcək - FOTOLAR
Bakıda İtaliya ulduzu İnqrid (In-Grid) Alberini və istedadlı Azərbaycan müğənnisi, məşhur Ukrayna şousu “Ölkənin səsi-4” ("Голос країни" – məşhur "TheVoice" şousunun analoqu) iştirakçısı Vaqif Nağıyevin dueti olan “Ümid yağışı” mahnısına klip çəkilişləri gedir.
Publika.az xəbər verir ki, “Ümid yağışı” mahnısının sözləri Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjımanı Yaşar Baxışa aiddir. Klipin çəkilişləri Azərbaycan və xarıci mütəxəssislər tərəfindən həyata keçirilir.
Dünən Inqrid Alberini, Gövhər Həsənzadə, Vagif Nağıyev və yaradıcı qrupun digər üzvləri Bakıdakı dəhşətli yanğının nəticəsində həyatlarını itirmiş insanların xatirəsini yad edərək faciə yerini ziyarət etmişlər. Faciənin baş verməsindən sarsılmış İnqrid həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına baş sağlığı verib və yaralılara tezliklə sağalmalarını diləyib. İnqrid həm də qeyd edib ki, yaradıcı heyət klipi yanğın nəticəsində zərər çəkmiş insanlara həsr edir.
Qeyd edək ki, 19 may tarixində Bakının Binəqədi rayonunda baş vermiş yanğln zamanı 15 nəfər həlak olub, 56 nəfər yaralanıb.
-
Hadisə21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq