Bilgi.az
Ən çox "vorzakon" yetişdirmiş ölkələr - STATİSTİKA
"Qanunda oğru"lara yaxınlığı ilə seçilən məşhur "Praym Kraym" informasiya portalı kriminal ünsürləri ən çox yetişdirən ölkələrin adlarını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sayt indi dünyada ümumilikdə 485 nəfər "qanunda oğru"nun mövcud olduğunu yazır:
"Onların 276 nəfəri Gürcüstandan olan titul sahibləridir. Gürcüstan ən çox "vorzakon" yetişdirmiş ölkələr siyahısına başçılıq edir".
Qeyd edilir ki, Gürcüstanda oğru dünyası ilə bağlı xüsusi qanun qüvvəyə minib. Bu ölkədə "vorzakon"lara qarşı ən sərt cəzalar Mixail Saakaşvilinin hakimiyyəti dövründə tətbiq edilib. Sabiq prezident faktiki olaraq onlara "müharibə" elan etmişdi.
Onlardan bir çoxu həbsxanalara göndərildi, bəziləri isə Gürcüstanı tərk etdi.
Araşdırmalar zamanı məlum olub ki, kriminal avtoritetlərin sayına görə, Rusiya ikinci yerdə qərarlaşıb. Bu ölkədə 61 titul sahibi yaşayır.
Liderlər üçlüyündə Ermənistan da yer tutur. Siyahıda 3-cü yerdə qərarlaşan bu ölkə "vorzakon"ların yerləşməsi baxımından Gürcüstan və Rusiyadan fərqlənir. Belə ki, araşdırmalar zamanı erməni "qanunda oğru"ların öz ölkələrində yaşamaları, respublikanı tərk etmədikləri məlum olub.
Anar Tağıyev
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama