ETİRAZ: “Kişidir, özünə məmə qoydurub…”
Bizi izləyin

Magazin1

ETİRAZ: “Kişidir, özünə məmə qoydurub…”

Səudiyyə Ərəbistanda alimlər kollegiyası indiyə qədər eşidilməmiş, qəribə və ağlasığmaz bir qənaətə gəlib.

Belə ki, ərəb alimlərinin qənaətincə, qadınlar əslində, məməli heyvanlar sinfinə addir, deməli, onlar da bu sinifdən olan dəvə, keçi və digər heyvanlar kimi eyni hüquqlara malik olmalıdır.

Alimlərin bu qənaəti məşhur qadınları qəzəbləndirib.

Publika.az-a açıqlama verən Əməkdar artist Elza Seyidcahan əsəbiləşib:“O ərəb alimi getsin öz dərdini çəksin. Vaxtilə qızlarını diri-diri basdırıb, indi də qadınları təhqir edir. Dəvə, keçi pis heyvan deyil, buynuzundan tutmuş südünə qədər xeyir verir. Amma Allah insana şüur verib, heyvana yox. Ərəblərdən nə desən gözləmək olar, bəs yaxşı kişiləri niyə heyvana bənzətmir? Kişidir, amma özünə məmə də qoydurub, dodaq da. Sadəcə olaraq qadınların bacarıqlı olmasını həzm edə bilməyən, onların uğurlarından sinirlənən kişilər belə yalançı araşdırmalarla xanımları qəzəbləndirmək istəyir”.

Şairə Nazilə Səfərli ərəb alimlərini yıxıb-sürüyüb: “Qadınları aşağılamaq elə ərəblərdən çıxar. Ərəb kişiləri hələ bir özlərinə baxsınlar, sonra araşdırma aparsınlar. Özləri kərgədana oxşayırlar. Ona qalsa, niyə araşdırma aparıb, sübut eləmirlər ki, ərəb kişiləri də kərgədan sinfinə aiddir. Heç gör avropalı alimlər belə qənaətə gələr? Yox. Ərəb kişiləri qadınlara yalnız şəhvət mənbəyi kimi baxırlar. Təki ehtiraslarını söndürsünlər. Buna görə də qadınları heyvanla müqayisə edirlər”.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova qəzəbini belə ifadə edib: “Mən inanmıram ərəb alimləri belə ağlasığmaz kəşf eləsinlər. Qadına Quranda da böyük dəyər verilib. İndi durub qadını heyvanla müqayisə etmək axmaqlıqdır. Hansısa əyyaş, axmaq qadın haqqında belə sözlər deyə bilər, deyibsə də qələt eləyib deyib. O alimin özü hansı heyvana oxşayır görəsən? Bir özünə baxsın, sonra qadınları heyvana bənzətsin. Mən qadınların yerinə olsam, onun sözünə heç məhəl qoymaram. Qadına hörmət etməyən kişilər belə kəşflər edə bilər”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm