Dünya
Məşhur polis rəisi azad olunur?
“İnqilabçı Qərargah” (İQ) təşkilatına kömək etməkdə günahlandırılan və dörd ildir ki, həbsdə olan Əskişəhər polis idarəsinin rəisi Hanefi Avcı azad olunacaq.
Publika.az. Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ODA TV" ilə bağlı mühakimə olunan polis rəisi Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Müraciətə baxan məhkəmə dörd ildir həbsdə olan Hanefi Avcının hüquqlarının pozulduğu qənaətinə gəlib və onun azad olunmasına qərar verib.
Xatırladaq ki, Türkiyədə Ərdoğan hakimiyyəti “Ergenekon” və “Balyoz” əməliyyatları ilə bağlı ordunun yüksək rütbəli zabitləri həbs olunmuşdu. "ODA TV" hadisələri ilə bir çox yazarların da saxta ittihamlarla həbsinə rəvac verdi. Onlardan biri də polis rəisi Hanefi Avcıdır. Fətullah Gülənlə Ərdoğan hökumətinin əlaqələrinin normal olduğu vaxtlarda Hanefi Avcı “Haliçde Yaşayan Simonlar. Dün Devlet Bu Gün Cemaat” adlı kitab yazıb. Kitabda Gülən hərəkatına qarşı bir sıra ittihamlar irəli sürülüb.
H.Avcı 2010-cu il sentyabrın 28-də həbs olunmuşdu.
Vüsal Tağı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO