İdman
“Neftçi”də uşaqların qiyamı - Özəl
“Neftçi” komandasında maliyyə böhranının olması barədə məlumat vermişdik. Artıq 4 aydan yuxarıdır ki, komandada futbolçulara, texniki heyətə məvacib verilmir. “Neftçi” reklam əməkdaşlığına görə mətbuata olan borcunu da ödəyə bilmir.
Komandadakı maliyyə böhranı “Neftçi”nin uşaq futboluna da sirayət edib. Klubdakı mənbənin Publika.az-a verdiyi məlumata görə, “Neftçi”nin uşaq futbolunda qiyam baş verib. Qiyama səbəb isə uşaqların məşq yerinin dəyişdirilməsinə cəhd olub.
“Neftçi”nin uşaqlardan ibarət qrupları milli olimpiya komandalarının təlim-məşq bazasında (“Neftçibaza” adlanan məkanda) hazırlıq keçir. Bu baza şəhərin mərkəzində - Azadlıq prospektində yerləşdiyi üçün valideynlər uşaqlarını məşqə rahat gətirə bilir.
Ancaq klubda yaşanan maliyyə böhranı “Neftçi”ni bu bazadan imtina etməyə vadar edib. Klub icarə haqqı olaraq hər ay bazaya 7 min manat ödəməlidir. Artıq 5 aydır ki, vəsait ödənilmir. Baza rəhbərliyi isə borcu tələb edir. Vəziyyətin cıxılmaz olduğunu görən klub rəhbərliyi uşaqları Lökbatanda yerləşən stadiona köçürmək istəyir.
Ancaq uşaqların valideynləri bu qərarla razılaşmır. Avqustun 3-də milli olimpiya komandalarının təlim-məşq bazasında valideynlərin etiraz aksiyası keçirilib. Onlar klub rəhbərliyindən tələb ediblər ki, bazaya borc ödənilsin və uşaqlar burda məşq keçsinlər.
Valideynlər bildiriblər ki, əks təqdirdə, uşaqlarını “Netçi”dən ayıracaqlar. Valideynlərlə söhbət edən “Neftçi” rəhbərliyi uşaqların Lökbatana aparılıb-gətirilməsi üçün avtobus ayrılacağını bildirsə də, valideynlər buna inanmayıblar. Onlar “avtobusa verməyə pulunuz varsa, elə bazaya olan borcu ödəyin” deyiblər.
Valideynlər bildiriblər ki, bu bazada “Neftçi”nin 40-a yaxın uşaq qrupu məşq keçir və klubun onları Lökbatana aparmaq üçün avtobus ayırması mümkünsüzdü.
Məsələ hələ ki açıq qalır. “Neftçi” rəhbərliyi “Çixura” ilə oyundan sonra valideynlərlə bir daha görüşmək niyyətindədir. Hazırda Gürcüstanda olan “Neftçi” rəhbərliyinin münasibətini öyrənə bilmədik. Məsələni gündəmdə saxlayacağıq.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı