“Qara mirvari” müharibəni necə dayandırdı?
Bizi izləyin

Digər

“Qara mirvari” müharibəni necə dayandırdı?

“Qara mirvari” müharibəni necə dayandırdı?

Ölkənin milli sərvəti olan “qara mirvari” skamyada gecələyirmiş

“Pele” ləqəbi ilə tanınan Edson Arantes do Nasimento 1940-ci ilin oktyabrın 23-də Minas Gerais əyalətinin kiçik Tres Coraçoes qəsəbəsində dünyaya gəlib. Pele 4 dəfə dünya kubokuna qatılıb və bunların üçündə çempionluq yaşayıb.

Oynadığı hər matçda aktivinə, ən azı, bir qol yazdıra bilib. 22 illik futbol karyerası müddətində oynadığı 1363 matçda tam 1282 dəfə fərqlənməyi bacarıb.

Publika.az bu dəfə “II taym” layihəsi çərçivəsində futbolun “Tacsız kral”ı Pele haqda məlumat verəcək.

O, “Qara mirvari”, “Tacsız kral”, “Futbol kralı” kimi də tanınıb.

Əzablı uşaqlıq illəri
Pelenin anadan olduğu qəsəbə Braziliyanın ən kasıb bölgələrindən biridir. Hələ uşaqkən ailəsiylə birlikdə ölkənin ucqar cənub əyalətinə Sao Paulonun Bauru qəsəbəsinə köçüblər. Pelenin futbolla tanışlığı da burada başlayıb.

Pelenin atası Jou Ramos do Nasimento da peşəkar futbolçu olub. Futbol dünyasında "Dondinho" deyə çağrılan Ramos zamanının ən yaxşı hücumçularından idi.
Keçirdiyi ani bir zədə üzündən futbol karyerasını bitirmək məcburiyyətində qalmışdı.

Peleni top oynamağa sövq edən insan atası olub. Kiçik yaşlarında oynadığı futbol ona elə də pul qazandırmayıb. Buna görə o, ailəsinə yardım etmək üçün işləmək məcburiyyətində qalıb. Pele pulu uşaqkən gördüyü işlərdən qazanıb. Onun əsas işlərindən biri ayaqqabı rənglənmək olub. Top almağa pulu olmadığı üçün əlinə keçən parça kəsiklərindən özünə top düzəldib. Lakin anası övladının heç vaxt topla oynamasını istəməyib. Çünki oğlunun oxuyub daha böyük yerlərdə çalışmasını arzulayıb. Pele pul qazanaraq həm ailəsinə yardım edib, həm də özünə top almaq üçün çalışıb.

Hətta mətbuatda yazılanlara görə bu dövrlərdə o, skamyalarda gecələyirmiş.

Ayaqqabı rəngləməkdən məşhurluğa

Pelenin ilk işi ayaqqabı rənglənmək olsa da, həmişə tək xəyalı olub - futbol oynamaq.

Futbola erkən yaşlarında başlayan əfsanəvi oyunçu ilk addımlarını bir neçə həvəskar klubda atıb.
Hələ 11 yaşında, həvəskar komanda olan, məşqçisi belə olmayan "Ameriquinha" klubunda top qovub. Elə bu dövrdə tanınmış, uğurlu futbolçu Valdemar de Brito tərəfindən kəşf edilib.

Brito balaca Pelenin qabiliyyətini görüb və bunu dəyərləndirib. 1956-cı ildə Valdemar de Brito onu Sao Paulo şəhərinin "Santos" klubuna gətirir. Oradakılara Pelenin göstərərək belə deyir: “Bu uşaq dünyada bir əfsanə olacaq”.

Valdemar de Brito haqlı çıxır. Çünki Pele peşəkar futbol karyerası zamanı ilk qolunu 16 yaşında vurub. "Santos"un məşhur oyunçularından Del Vecçionun yerinə gələn Pele 36-cı dəqiqədə ilk qolunu vurub və həmin gün komandasına qələbə yaşadıb. 7:1 hesabı ilə başa çatan oyun 6 qolunu məhz Pele vurub.

Pele - kral
“Santos” klubu Pelenin komandaya gəlməsi ilə daha böyük uğurlara imza atıb. Dünyanın hər yerində dostluq və kubok matçlarını qazanan komanda liqada da bir çox zəfərlərə şahid olub.

Təbii, Pelenin "Santos"a qazandırdığı uğurlar bəzən liqadakı digər məşqçilərin və komandaların başına bəla olub.

Məsələn, "Korintians" klubu 10 il ərzində “Santos”a qarşı oynadığı heç bir matçda qalibiyyət üzü görməyib.

1957-ci ildə Pele 32 qolla liqada ən çox qol vuran futbolçu seçilib. 1958-ci ildə "Santos" komandası əyalət çempionu olarkən, Pele də 119 qol vuraraq özünü kral elan edib. 1959-cu ildə isə 129 qol vuraraq krallığını qoruyub. 1960-cı ildə “Santos” təkrar əyalət çempionu olur. “Qol kralı” Pele atdığı 33 qolla bu uğurun əsas səbəbkarı olur.

3 dəfə dünya çempionluğunu qazanıb. İlk dünya çempionluğunu 1958-ci ildə yaşayıb. Futbol karyerasında 1281 qol vuraraq qırılması çox çətin olan bir rekorda imza atıb.

7 milyon dollarlıq adam

Pelenin Amerikanın “Nyu-York Kosmos” klubuna transferi 7 milyon dollara başa gəlib. Bununla da mətbuatda onunla bağlı “7 milyon dollarlıq adam” başlıqlı yazılar dərc olunnağa başlayıb.

"Tanrı məni futbol üçün yaradıb"

22 illik futbol karyerası müddətində oynadığı 1363 matçda 1282 dəfə qol vurmuş əfsanəvi futbolçu dünyanın nadir tapıntısı olaraq hesab olunub və “Qara mirvari” adlandırılıb.
Müsahibələrinin birində əfsanəvi oyunçu deyir: “Tanrı məni futbol oynamaq üçün yaradıb”.

Karyerasını başa vurdu

Millidəki karyerasını 1971-ci ildə 77 qolla (92 oyunda) tamamlayıb. Klub karyerasını isə Braziliya Liqasının məşhur komandalarından "Santos"da başlayıb və "Nyu-York Kosmos"da (1977-ci il) bitirib. Bir mövsüm boyunca liqada 52 kubokda 12 qola imza ataraq ən çox qol vuran “qol kralı” kimi təqaüdə çıxıb.
"Qara mirvari" ləqəbli futbolçu 1977-ci ildə futbol həyatını bitirdiyini elan etdikdə dünya mətbuatı "Onun üçün göy də ağladı" başlıqlı xəbər yazmışdı.
Bundan əlavə, Pele 1994-1998-ci illərdə ölkəsinin idman naziri olub.

“Atam ətrafa hörmət etməyimi nəsihət etdi”
Pele uşaq yaşlarında başına gəlmiş bir hadisə haqda mətbuata belə danışıb: “Küçədə futbol oynayarkən uşaqlara lağ edərdim. Atam bir gün məni yanına çağırıb dedi: “Futbol Allahın sənə verdiyi bir qabiliyyətdir. Ancaq məktəbə getsən və ətrafdakılar hörmət göstərsən, mükəmməl insan olarsan. O zaman heç kim səni dayandıra bilməz”. Mən də o gündən həmişə bunu etməyə çalışdım”.

Vəliəhdi kimdir?
Pele müsahibələrinin birində ona ünvanlanan “vəliəhdiniz kimdir?” sualını özünəxas tərzdə cavablandırıb: “Yeni bir Pele və ya bundan sonrakı Pele, çox çətin ki, dünyaya gələ. Amma dünyada xeyli uğur qazanmış futbolçular var”.

Ölkəsinin “milli sərvəti” - xeyriyyəçi Pele
Pele qazandığı qələbələrlə ölkəsinə nəinki uğurlar, həmçinin pul da qazandırıb. Belə ki, futbolçunun transferi ölkəsini uzun illər təmin edib.

Pele bütün dünyada o qədər sevilirdi ki, Nigeriya müharibəsi zamanı Pelenin oyununa baxmaq üçün fasilə verilmişdi. Braziliya hökuməti Avropa klublarının onu əldə etmək cəhdlərini görərək onu “milli sərvət” elan etmiş, futbolçunun Braziliyada qalmağını dəstəkləmişdi.

Pele yardımsevər biridir. Transferlərdən qazandığı pulların müəyyən qismini anadan olduğu şəhərin kasıb təbəqəsinə bağışlayıb. Hazırda da ölkəsinin kasıb təbəqəsinə yardım edir. Bunun üçün Pele hətta Yardım Fondları da təşkil edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm