Nida.az
“Sülh Korpusu”, yoxsa leqal kəşfiyyat? – ŞOK DETALLAR
“Sülh Korpusu”... ABŞ-ın humanitar spektrdə əsas proqramlarından biri kimi 1961-ci ildə yaradılan “Sülh Korpusu” Azərbaycanda 11 il fəaliyyət göstərdi və nəhayət, hökumət tərəfindən bu proqramdan imtina edildi. Buna səbəb kimi proqrama daha ehtiyac olmadığı göstərilir. ABŞ ölkəmizdəki səfirliyi isə bundan təəssüfünü bildirdi.
ABŞ “Sülh Korpusu” 1961-ci ildə prezident Con Kennedi tərəfindən
təsis edilib. XXI əsrdə korpusun əsas fəaliyyətinin digər ölkələrdə
pulsuz ingilis dili tədrisini həyata keçirmək olduğu iddia olunur.
Bu iş amerikalı könüllülər tərəfindən həyata keçirilir. Kennedi
“Sülh Korpusu”nun könüllülərinə belə xitab etmişdi: “Siz dünya boyu
Amerikanın reputasiyasını formalaşdıracaqsınız. Əgər siz onlara
azadlıq, bütün dünyada insanların həyatının yaxşılaşa biləcəyi
fikirlərini, ölkənizdəki gözəl ənənələri çatdıra bilsəniz, uzağa
gedə bilərsiniz”.
Maraqlı məqam ondadır ki, “Sülh Korpusu”nun fəaliyyəti ABŞ-ın xarici siyasət imicinə müsbət təsir edir. Amerikada bu proqramın hərbi büdcə ilə müqayisədə daha az vəsait tələb etdiyi rəyi formalaşıb.
Adətən, Amerika filmlərində belə bir səhnə olur: ABŞ-da rahat
həyatını buraxan bir amerikalı dünyaya sülh gətirmək üçün Afrikada,
üçüncü dünya ölkələrində humanitar yardımla məşğul olur, bu yolda
həyatını belə qurban verir. Bütün bunlarsa, qarşılıqsız
aparılır.
Amma real həyatda hər şeyin insanlıq üçün edildiyinə inanmaq bir
qədər çətindir. Xüsusilə də, hər bir addımını diqqətlə ölçüb-biçən,
hər addımında mənafe güdən Amerikada...
Hazırkı situasiyaya səthi yanaşsaq, Bakının proqramdan imtinasını
Vaşinqtondan əvəz çıxması kimi qəbul edə bilərik. Əslində, Bakının
okeanın o tayındakı müttəfiqindən inciməyə kifayət qədər haqqı da
var. İndiyə qədər beynəlxalq terrorizmə qarşı mübarizədə yanında
yer alan, sülhməramlı qüvvələr dəstək verən, Qərbdə sadə
avropalıların soyuqdan donmaması üçün dəridən-qabıqdan çıxan
Bakıdır. Əvəzində isə ikili standart, ikili yanaşma. Vaşinqton
Bakının daxili işlərinə qarışır, daim diktə dili ilə danışır, ona
qarşı edilən yaxşılıqlara “kötək siyasəti” ilə cavab verir. Yəni,
hökumət tərəfindən “Sülh Korpusu”nun ölkəmizdəki fəaliyyətinin
dayandırılmasını diplomatik münasibətlərdə yaranmış gərginliklə
bağlamaq olar.
Lakin Bakı o qədər də təcrübəsiz deyil və zaman-zaman yaranmış belə situasiyalara görə humanitar yardımdan imtina etməz. Deməli, bunun arxasında başqa məqamlar var.
Publika.az-ın əldə etdiyi məlumatlar məsələyə başqa rakursdan baxmağı məcbur edir.
“Sülh Korpusu” könüllüləri adı ilə tanınan bu layihənin məqsədi iddia edildiyi kimi təhsil proqramları və ingilis dili tədrisi deyil. Tədris və təhsil aysberqin görünən tərəfi, rəsmi iddiadır. Əslində, “könüllülər” əyalətlərdəki sadə insanlar üzərində iş aparır, müəyyən mənada “beyin yuyulması” prosesini həyata keçirirlər. Onlarda Amerika həyat tərzinə rəğbət oyadılır. Bu isə bütün hallarda Azərbaycan cəmiyyətinin ənənələrinin sarsıdılması deməkdir. Eləcə də, “xoşbəxt Amerika cəmiyyəti” haqda beynində vizual təsəvvür yaradılan insan mövcud vəziyyəti ilə barışmaq istəmir və onun daxilində “inqilabçı” yetişdirilir. Bu “inqilabçı”lar adətən gənclərdən seçilir. Çünki yaşlı nəslin beynindəki oturuşmuş tabuları dəyişdirmək asan deyil. Könüllülərin dil tədrisini apardığı insanlar da, adətən, gənc nəsildir.
“Siz dünya boyu Amerikanın reputasiyasını
formalaşdıracaqsınız. Əgər siz onlara azadlıq, bütün dünyada
insanların həyatının yaxşılaşa biləcəyi fikirlərini, ölkənizdəki
gözəl ənənələri çatdıra bilsəniz, uzağa gedə
bilərsiniz”.
Burda yada düşən Kennedinin sözləri daşların yerinə oturması deməkdir.
Bu haqda danışan mənbə könüllülərin fəaliyyət göstərdikləri
müxtəlif bölgələr haqqında da məlumatlar topladığını deyir. Onun
sözlərinə görə, bu “leqal kəşfiyyat” işidir. Məsələn, Azərbaycanın
ucqar kəndində yaşayan əhalinin istəkləri, tələbatı, həmin bölgənin
coğrafi vəziyyəti və s.
Diqqətçəkən məqamlardan biri də “Sülh Korpusu”nun paytaxtda az
olması, daha çox ucqar bölgələrdə işləməsidir. “Könüllülərin”
əsaslandırmasına görə, ucqar bölgən əhalisinin ingilis dilini
öyrənmək imkanı daha aşağıdır. Bu, qəbul edilən əsasdır. Lakin
ucqar bölgələrdə sadə azərbaycanlının beynini formalaşdırmağın daha
asan olduğu da unudulmamalıdır. Beləliklə, “humanist könüllülər”in
Azərbaycanda haqqında çox danışılan “5-cikolonun” əsas bazasının
yerlərdə hazırladığı üzə çıxır. Məhz buna görə də hökumət
proqramdan imtina edib.
Asif Nərimanlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi