Dahi ömrü
Arvadının gözü önündə xəyanət edən, tələbələrinin arvadları ilə yatan HƏMYERLİMİZ - -FOTO\VİDEO
Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözən həyat yoldaşı sonda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin, özünə başqa yer tapsın. Qəzaya düşən günü Landau öz tələbəsinin həyat yoldaşı ilə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda baş verir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı: "Əgər mən imkan versəydim o, evdə sevişsin, qəzaya düşməzdi".
Bakı məktəblərindən birində divara vurulmuş xatirə lövhəsində Landaunun adını oxuyuruq və çoxlarımız bu insanın əsl kimliyindən xəbərsizik.
1908-ci ildə Bakıda yəhudi ailəsində göz açan Lev Davidoviç Landau uşaqlıqdan qəribəlikləri ilə seçilib. Atası neftçi-mühəndis idi və neftin çıxarılması barədə bir çox nəzəri məqalələrin müəllifi idi. Bəlkə, elə ona görə Landau 1916-cı ildə Bakı yəhudi gimnaziyasında oxuduğu müddətdə qeyri-adi istedadı ilə seçilirdi.
12 yaşında differrensial tənliyi, 13 yasında inteqralları həll edən Landau 14 yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını atan Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusi istedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayırlar. Artıq 1926-27-ci illərdə nəzəri fizikayla bağlı məqalələri çap olunur.
19 yaşında Landau "Kvant nəzəriyyəsi"nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur.
Landau artıq bir ölkəyə sığmırdı və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur. Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur. Amma artıq siyasi rejim SSRİ-də sərtləşirdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landau inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra Landau həbsdən buraxılır. Lev Landau xaricdən qayıdır. Leninqradda alimlərlə yola getməyən Landau Xarkova yola düşür. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir. Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir. Onun azad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəzolunmaz töhfələr verib. 3 dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb və 1962-ci ildə bu mükafata layiq görülüb. Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib. Çünki 1962-ci ilin yanvar ayında bağ evinə gedərkən Landau ağır avtomobil qəzası keçirir. 59 gün komada qalır. Bütün dünya fizikləri onun mualicəsi üçün müraciətlər edirlər. Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin tramvası alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.
Bu onun hamıya bəlli olan həyatıdır. Landaunun görünməyən tərəfi isə onun şəxsi həyatı idi. Gənclik dövründə and içmişdi ki, nə siqaret çəkəcək, nə də spirtli içki içəcək. Ailəni kooperativ qəbul edirdi və məhəbbətlə əlaqəsi olmadığını deyirdi. 1934-cü ildə o, Anqordiya Drobansova ilə faktiki nikaha girir. Çünki, o qadın, Landauya söz verir ki, onu heç vaxt qısqanmayacaq. Landau "bir-birinə hücum etməmək" haqqında pakt hazırlayır və orda qeyd olunur ki, ər-arvad hər ikisi kənarda məhəbbət macərasi yaşaya bilərlər. Rəsmi nikaha yalnız 12 il sonra daxil olurlar. Fiziki nəzəriyyələrin müəllifi Landau həm də "Səadət nəzəriyyəsinin" müəllifi idi. O hesab edirdi ki, hər kəs xoşbəxt olmağa borcludur. Bunun üçün 3 şey lazımdır: işləmək, sevmək və insanlarla ünsiyyətdə olmaq. Dahi fizik həmişə deyirmiş ki, məni ilk zorlayan qadın həyat yoldaşım olub. Landau qadınlarsız yaşaya bilmirdi. Onun saysız-hesabsız məhəbbət macəraları olmuşdu və hətta o səviyyəyə çatırdı ki, tələbələrinin həyat yoldaşları ilə də macəra yaşayırdı. Onun məşhur tələbələrindən biri xatirələrində yazırdı: "Mən dissertasiya müdafiə eləməli idim və Landaunun rəyi lazım idi. Moskvaya gəldim və Landauya müraciət elədim. Akademik mənə rəyin əvəzinə qız tapmağı təklif etdi. Mən tanımadığım şəhərdə dolaşıb qız axtarırdım".
Landau həmişə hesab edirdi ki, məişət insanı cılızlaşdırır. Qəribədir, məhz məişət mübahisəsi bəşəriyyətin böyük bir alimdən məhrum olmasına gətirib çıxardı.
Landaunun elmi dühası və nəzəriyyələri ölçüyə sığmazdı. Sağlığında ölkənin ən böyük mükafatlarına sahib olub. Qəzadan sonra acizləşən Landaunu demək olar ki, hamı unutmuşdu. Həyat yoldaşının xatirələrində onlara heç kimin baş çəkmədiyi, gəlib-getmədiyi xüsusi vurğulanır. Landaunun yolunu oğlu davam elətdirdi. Ancaq o, atası səviyyəsində alim ola bilmədi.
1924-cu ildən sonra bir dəfə də olsun Bakıya gəlmədiyinə baxmayaraq, Landaunun xatirəsi ölkəmizdə də yüksək tutulur. Ona görə də qürurla deyə bilərik ki, böyük alim, dahi fizik və ən nəhayət, Nobel mükafatçısı olan Lev Landau bizim həmyerlimizdir.
Dilrubə Vaqifzadə
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı