Dahi ömrü
Cəsədi qəbrindən çıxarılıb, başı kəsiləcək qədər nifrət edilən lider - - FOTOLAR
Oliver Kromvel, tarixə damğasını vurmuş ən maraqlı şəxsiyyətlərdən biridir. Çünki, kralın başını kəsib əsrlərlə davam edən ingilis monarxiyasını məhv etmişdir.
Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alıb. 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirdi. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel Skvayr-Mülkədar idi. Hüquq fakültəsini tərk edəndən sonra mülkədar qızı ilə evlənməyə məcbur olur. Kromvel siyasətə 17-ci əsrin ilk yarısında gəlir.
Dini protestant və puritanikal olan Kromvel, parlament üzvü seçildikdən bir müddət sonra Vətəndaş Müharibəsində parlamentaristlərin tərəfində iştirak etdi. Döyüşün tərəfdarları kralçılar və parlamenteristlər idi. Kralçılar, kralın mütləq səlahiyyəti olmasını, parlamenteristler isə kralın səlahiyyətini qanunla məhdudlaşdırmaq istəyirdi. İlk liderlik müvəffəqiyyətlərini hərbi sahədə qazanan Kromvel, qısa müddətdə orduda yüksələrək general rütbəsini aldı. Qarşıdurmalar 1648-ci ildə zirvəyə çatanda, parlamenteristlər kralın taxtda qalmasını dəstəkləyənlər və kralın mühakimə olunub asılmağını istəyənlər olaraq, ikiyə ayrıldı. Kromvel, ikinci qrupda iştirak edirdi və döyüşdəki müvəffəqiyyətləri, liderliyi səbəbi ilə, 59 parlament üzvünü ətrafına toplayıb kralı ölümə göndərən hökmü imzaladı.
Üstün hərbi müvəffəqiyyətləri ilə ölkəsinin taleyinə təsir etməyi bacarmışdı. Kralın ölümündən sonra İngiltərə Millətlər Birliyi (Commonwealth) elan edildi və monarxiyanın yerinə dövlət şurası rəhbərliyi ələ aldı. Azad və demokratik niyyətlərə sahib kimi görünsə də Kromvell, İrlandiya və Şotlandiyanın nəzarət altına almaq üçün əlini qana bulamaqdan çəkinmədi. Şotlandlar və irlandiyalılar buna görə Kromvelə hələ də nifrət edir.
Oliver Kromvel hakimiyyətə gələndən sonra yeni qanunlar qəbul edir:
- orduda duellərə qadağa qoyulur,
- vətəndaş nikahlarının hüquqi statusu,
- bütün kral əmlakı dövlətin xəzinəsinə köçürülür.
Kromvel generalissimus rütbəsi alır daha sonra isə hakimiyyəti tam olaraq əlinə keçirərək Lord-Protektor olur. Ölkəni 12 qubernatorluğa bölür. Parlamentin israrına baxmayaraq, tac geyinib taxta oturmağı rədd edir.
Eyni zamanda, Tanrının ona tale bəxş etdiyini iddia edən qatı dindar lider idi. Hökmdarlığı müddətində öz siyasətini möhkəm tətbiq etdi, dinə, kafirləri və üsyan edənləri ölümlə cəzalandırdı. "Lazımlı olanın qanunu olmaz" deyən Kromvell, lazımlı gördüyü şeyləri etməkdən heç vaxt çəkinmədi.
Monarxiyanın mütləqiyyətinə qarşı çıxdığı yolda tək başına mütləq hakim halına gələn Kromvellin hökmranlığı böyrək daşı və qızdırma səbəbindən cəmi beş il çəkdi.
Öldükdən sonra qısa müddətə yerinə keçən oğlu, rəhbərlik üçün lazımlı xüsusiyyətlərə sahib deyildi. Kralçılar qısa müddət hakimiyyətə nəzarəti təmin etdi. Kromvelin edam etdirdiyi kralın oğlu olan II. Çarls taxta keçərək, krallığı bərpa etdi.
Kromvelə dair ən maraqlı hadisələrdən biri, onun ölümündən sonra baş verənlər idi. Ölümündən iki il sonra məzarından çıxarılıb zəncirlərə vurulan Kromvelin başı gövdəsindən ayrıldı və bədəni parça-parça edildi. Kəlləsi isə Vestminsterdə bir müddət sərgiləndi.
İngilislərə görə, Oliver Kromvel tarixə düşən ən əhəmiyyətli 10 liderdən biridir.
Londona getmək istəyən turistlər, onun böyük heykəlini Vestminsterinn qarşısında görə bilər. Bu heykəlin, krallığı məhv edən zalım liderə olan hörmət, yoxsa ibrət nümunəsi olduğu naməlumdur.
Dilrubə Vaqifzadə
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO