Ermənilər ölü donuz kimi... – MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Ermənilər ölü donuz kimi... – MÜSAHİBƏ

17 may Laçının işğal günüdür. Bir çoxları hesab edir ki, əvvəlki dövrlərlə müqayisədə bu il Laçının işğal tarixi bir başqa ruhda qeyd ediləcək. Çünki artıq qalib xalq kimi işğal tarixini anacağıq.

Millət vəkili Elman Məmmədov Publika.az-a müsahibəsində deyib ki, tezliklə laçınlılar öz doğma-yurd yuvalarına qayıdacaqlar. Çünki işğaldan azad edilmiş ərazilərdə hazırda yenidənqurma işləri sürətlə aparılır.

- Elman müəllim, Laçının işğal günlərini bu il yenidən yaşayacağıq. Builki anım günü əvvəlkilərdən nə ilə fərqlənəcək?

- Laçının işğalının builki il dönümü əvvəlkilərdən çox fərqlənir. Bu il Laçının işğalını qalib dövlət, qalib gəlmiş xalq kimi anacağıq. Bu gün çox böyük ərazisi olan Laçın rayonunun Ermənistanla həmsərhəd ərazilərində Azərbaycan əsgəri, Azərbaycan sərhədçisi keşik çəkir. Sərhədlərimizi indi özümüz qoruyuruq, özümüz nəzarət edirik. Əlbəttə, bu sevincdir, fəxrdir. Biz öz ərazi bütövlüyümüzün, sərhədlərimizin bərpasına nail olmuşuq. İnşallah, Laçında da bərpa işlərinə başlanılacaq. Laçınlılar öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu, dövlətimizin, ordumuzun gücündən xəbər verir. Çünki ədalətsizliklə, qanunsuzluqla idarə olunan dünyada gücün olmalıdır. Gücün olmalıdır ki, istəyinə nail olasan. Sözünü eşidələr.

- Laçın hansı şəraitdə işğal olundu?

- Azərbaycan zəifləyəndə, dövlətçiliyi yox səviyyəsində olanda Laçın işğal olundu. Düşmən bizi zəif anımızda yaxaladı. Güclü Azərbaycan isə özünün qüdrətli ordusu ilə Laçınımızı işğaldan azad elədi. Bu gün biz bunu qürurla, fəxrlə deyirik. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsinə hamımız sevinirik. Laçının işğalı zamanı bizim soydaşlarımız, əzizlərimiz şəhid olub. Onların xatirəsi anılır və əbədi olaraq anılacaq. İndi Laçının işğal günü şəhidlərimizin anım günüdür. Hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Artıq Laçının işğal gününü keçən illərdəki kimi ağlayaraq, sızlayaraq qeyd eləmirik. Azad olunmuş Laçına böyük qayıdışımızı gözləyə-gözləyə həmin işğal gününü anırıq. Laçına qayıdacağımız gün uzaqda deyil. Baxmayaraq ki, düşmən yenə də dinc durmur. Yenə müəyyən təxribatlara əl atır. Ancaq düşmən güclü ordumuzun qarşısında çox acizdir.

- Laçının işğal olunmasında günahkarlar kim idi? AXC-Musavat cütlüyü, Mütəllibov hakimiyyəti, yoxsa dövlətimizin zəif olması bu işğalın əsas günahkarı idi?

- Mən o dövrləri yaxşı bilirəm, çünki həmin dövrləri yaşamışam. Gəlin, həmin dövrlərin xronikasına baxaq; yaxın tariximizdir. Heç bir şey yaddan çıxmayıb. Həmin dövrə aid xeyli sayda videogörüntülər, sənədlər, sübutlar var. Həmin dövrün şahidi olan insanlar bu gün də yaşayır, sağdırlar. O dövrdə rayonlarımız, ərazilərimiz bir-birinin ardınca işğal olunurdu. Laçının ərazisinin şimaldan-cənuba ərazisinin uzunluğu 100 kilometrdən artıqdır. Bu boyda ərazi bir gündə işğal oluna bilməzdi. O dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Həmin dönəmlərdə ölkəmizdə hakimiyyətsizlik hökm sürürdü. Dərəbəylik, qanunsuzluq var idi. Səriştəsiz insanlar hakimiyyətə can atırdı. Hətta mən deyərdim ki, o vaxt Azərbaycanda bəzi hallarda başqa xarici dövlətlərin xüsusi dövlət orqanlarının istəklərini bilərəkdən və ya bilməyərəkdən yerinə yetirənlər peyda olmuşdu. Azərbaycan yenicə müstəqillik qazanmışdı. Yəni, onun adı müstəqillik idi. Dövlət və dövlətçilik demək olar ki, yox səviyyəsində idi. Ordu quruculuğundan söhbət belə gedə bilməzdi.

- Amma könüllü özünü müdafiə batalyonları var idi...

- Vətənsevər oğlanlar yerli özünümüdafiə batalyonlarında birləşərək öz canlarını Vətənin müdafiəsi üçün qurban verirdilər. Yəni, onların xidmətlərinin üzərinə kölgə salmaq olmaz. Onlar olmayan silah-sursat, olmayan ordu ilə öz igidlikləri, cəsarətləri nəticəsində vətənin müdafiəsinə qalxmışdılar. Ancaq dövlətə rəhbərlik edənlər bu vətənpərvərliyi müdafiə edə bilmirdilər. Onlar da öz imkanlarından Vətənin müdafiəsində istifadə etməyə çalışmırdılar. Müharibə bölgələrdə gedirdi. Amma Bakıda hakimiyyət davası aparılırdı. Hərə başına bir dəstə yığıb nə oyunlardan çıxırdılar. Yaxın tariximizə nəzər salın. Şuşanın işğalı və ondan sonrakı dövrlərdə Bakıda baş verən hadisələrə baxın. Sərhəd bölgələrindən hərbi hissələri, texnikaları çıxarıb Bakıya gətirmişdilər. Milli Məclisə hücum edirdilər. Hakimiyyəti ələ keçirmək uğrunda qırğın gedirdi. Belə bir əqidə və fəaliyyətlə torpaq, Vətən qorumaq mümkün deyildi. Düşmən də bizim bu vəziyyətimizdən istifadə etdi. Siyasət dəllallarının hakimiyyətə gəlmək üçün hər şeylərini qurban verməyə hazır olan insanların səhv hərəkətlərindən istifadə etdi, yararlandı. Beləliklə, torpaqlarımız işğala məruz qaldı.

- Ötən ilin payızında bir güllə belə atılmadan azad olunan Laçınla bağlı gələcək ümidlərinizi nələrdir?

- Baxın, Tural müəllim, mən “Xarıbülbül” Musiqi Festivalında iştirak etdim. O yolları gedib-gəldik. Şuşada olduq. Bu gün Şuşada hansı küçədən keçirsənsə, orada iş qaynayır. Tikinti-bərpa işləri gedir. Şuşaya gedərkən Qırmızı Bazar yolundan istifadə elədik. İki-üç erməni yaşayış məntəqəsindən keçdik. İt ölən kimi ölmüş ermənilərin sifətini gördük. Azərbaycanın möhtəşəm gücü qarşısında başlarını aşağı salıblar, donuz kimi ölü vəziyyətində qalıblar. Qayıdanda zəfər yolu gəldik. Zəfər yolunda – Şuşadan çıxıb Daşaltı istiqamətinə düşən kimi möhtəşəm, çox yüksək səviyyədə tikilib istifadəyə verilmiş su elektrik yarımstansiyasını görürsən. Ondan bir az aşağıda çox yüksək səviyyədə Şuşaya çəkilən su kəmərini görürsən. Yol boyu nə qədər güclü texnikalar işləyir, yol üçün, işıq üçün, su üçün... Bərpa işləri bütün işğaldan azad edilən ərazilərimizdə gedir. Cənab prezidentimiz mesaj verdi, birinci Ağdam şəhərinin bərpası başa çatacaq. O cümlədən, Qubadlı-Cəbrayıl-Zəngilan istiqamətindən Laçına gedən yolumuz, Laçın rayonunun mərkəzinə çatana qədər olan kəndlərimiz, eləcə də Zabux və Həkəri boyu kəndlərimizin hamısında yavaş-yavaş işlər görülür. İnşallah, gün gələcək ki, Xarıbülbül festivalı kimi festivalları Laçınımızın dağlarında da keçirəcəyik. Bir qədər vaxta ehtiyacımız var.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm