Qarabağda baş verənlərin şok səbəbi: silahlar işə düşür və... - SENSASİON DETALLAR AÇILDI - VİDEO
Bizi izləyin

Xüsusi

Qarabağda baş verənlərin şok səbəbi: silahlar işə düşür və... - SENSASİON DETALLAR AÇILDI - VİDEO

Xocalının Fərrux kəndindəki təxribatlardan sonra Qarabağın dağlıq hissəsindəki ermənilərin qanunsuz silahlı birləşmələri indi də Pirlər kəndində təkrarlamaq istəyirlər. Azərbaycan Ordusunun bir güllə atmadan Fərrux kəndi və Daşbaşı yüksəkliyində atdığı addımlar deyəsən, bu dəfə Pirlərdə təkrarlanacaq. Pirlər kəndində çəkildiyi iddia edilən son videolarda görünən odur ki, erməni separatçıları rusiyalı sülhməramlıların dizinin dibində geyim və silahla təchiz olunur. Amma sülhməramlıların tükü də tərpənmir.

Bəs belə olan halda Qarabağda Azərbaycan Ordusu hansı addımları atacaq? Aprel-may mövsümündə lokal anti-terror əməliyyatları başlaya bilərmi? İrəvan Bakının sülh çağırışlarına hansı cavabı verəcək?

Suallarımızı politoloq Cümşüd Nuriyevə ünvanladıq.

C.Nuriyev Publika.az-a müsahibəsində söyləyib ki, Fərrux kəndində atdığımız addımlar Xocalının Pirlər kəndində də təkrarlana bilər:

src="/storage/files/upload/81eca2ded19acfbe3880b5a3f26f97d0db0f73ff.jpg" style="width: 537px; height: 403.066px;" class="fr-fic fr-dib">

- Cümşüd müəllim, yəqin ki, Pirlər kəndində separatçıların silahlandırıldığı görüntülərlə tanışsınız. Azərbaycan Ordusu Fərruxda, Daşbaşıda atdığı addımları Pirlərdə də təkrarlaya bilərmi?

- Azərbaycan Fərrux kəndində erməni separatçılarına cavab olaraq atdığı addımları Pirlər kəndində də təkrarlaya bilər. Çünki rəsmi Bakının buna tam şəkildə hüququ var. Amma görünən odur ki, 10 noyabr 2020-ci ildən bu yana, il yarımdan sonra Qarabağdakı erməni separatçılarının birdən-birə belə bir eşqə düşməsi təsadüf sayılmır.

- O zaman Qarabağın dağlıq hissəsində baş verənlərin arxasında hansı amillər dayanır?

- Rusiyada hərbi elitanın daxilində çox güclü parçalanma var. Onlar prezident Vladimir Putini dəstəkləyənlər və dəstəkləməyənlər olmaqla iki qrupa ayrılırlar. Onlar Ukraynadakı uğursuzluqlarını bir növ sığortalamaq istəyirlər. Daxili publikaya bir qədər başqa cür ismarış göndərirlər ki, biz hələ ayaqdayıq, ölməmişik. Ona görə də Qarabağdakı rusiyalı sülhməramlıların xətti ilə bu cür addımlar atırlar. Həmin addımların da bir neçə istiqaməti var.

- Söhbət hansı istiqamətlərdən gedir?

- Birinci istiqamət ondan ibarətdir ki, Ermənistanı Qərbə meyil eləməkdən çəkindirmək istəyidir. İkincisi, Azərbaycana ismarış göndərirlər ki, biz – yəni rəsmi Bakı açıq şəkildə Ukrayna-Rusiya savaşında birincilərin əleyhinə olmalıyıq. Yəni bu məsələlərdə biz Rusiyanın provakasiyasını, təxribatlarını dəstəkləməliyik. Üçüncüsü, ermənilərə mesaj verirlər ki, bir xristian olaraq sizin yanınızdayıq. Amma bunların ismarışları ilə yanaşı, buraxdığı səhvlərin Rusiya üçün ziyanlı istiqamətləri də mövcuddur. Bir qədər həmin istiqamətlərə toxunmaq istəyirəm; birincisi, bunlar onu göstərir ki, Vladimir Putinin komandası bütöv deyil. Yəni iqtidar komandası daxilində parçalanma var. İkincisi, baş verənlər onu göstərir ki, onlar anti-Putin mövqeyindədirlər və onlar məqsədi yenidən dünyanın diqqətini Rusiyaya cəlb etməkdir. O mənada ki, Qarabağdakı sülhməramlılar Azərbaycan ərazilərində üçtərəfli bəyanata əsasən yerləşdirilib. Bunların Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilən “mavi dəbilqə” ilə bağlı hər hansı səlahiyyətləri, şəhadətnamələri yoxdur. Rusiyalı sülhməramlıların Qarabağdakı fəaliyyəti BMT nizamnaməsinin 36-cı və 46 maddələrinin və ya 6-cı və 7-ci fəslinin kobud şəkildə pozulması deməkdir. Yəni rusiyalı sülhməramlıların gözlərinin önündə erməni silahlı terrorçu dəstələrinin yeni təxribatlara hazırlaşması BMT-nin sülhməramlılarına, “mavi dəbilqəli”lərinə xələl gətirən bir addımdır. Görünən odur ki, bunlar prezident Vladimir Putinin hakimiyyətini devirmək istəyən qüvvələrdir. Ona görə də həmin sülhməramlılar Qarabağda bu kimi addımlar atırlar. Bundan başqa, indiki şəraitdə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üçün onlar referendum keçirirlər. Bizə də belə bir ismarış göndərirlər ki, Qarabağdakı separatçılar da bu cür addım ata bilər. Ona görə də Müdafiə Nazirliyi bu məsələləri qoyur. Azərbaycan tərəfi də bunu yaxşı başa düşür. Elə bu səbəbdən də Azərbaycan Prezidenti çox ağıllı gedişlər edir. Çünki Azərbaycan Prezidenti Rusiyanın siyasətini kifayət qədər yaxşı bilir və ağıllı, uzaqgörən bir siyasətçidir. Yəni bizim ordu təsadüfən Fərrux yüksəkliyinə çıxmayıb, Pirlərlə bağlı da təsadüfi addımlar atmayıb. Artıq Xocalının Pirlər kəndi də Azərbaycan Ordusunun ayaqlarının altındadır.

- Baş verənlər fonunda İrəvanda da anlaşılmaz narahatlıqlar yaşanır və onların siyasi elitası da bunu ifadə edir. Onların bu narahatlıqlarının səbəbləri nədir?

- Məsələ burasındadır ki, hazırda baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti Azərbaycanın təklif elədiyi şərtləri pozmaqla məşğuldur. Azərbaycan Ordusu həm Xankəndini, həm Xocalını, həm də Əsgəranı tam nəzarətinə götürüb. İndi ordumuz kifayət qədər üstünlüyə malikdir. Artıq bunun videoları da paylaşılır. Rusları da narahat edən odur ki, Azərbaycan geri çəkilmək istəmir. Azərbaycan Ordusunun tutduğu həmin mövqelərdən geri çəkilmək niyyəti də yoxdur. Azərbaycan Ordusunun Fərrux kəndidə apardığı istehkam qazıntıları zamanı ortaya çıxan insan sümüklərinin qalıqları da onu göstərir ki, orada kütləvi məzarlıqlar var. Erməniləri narahat edən məsələlərdən biri də budur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan məsələ ilə bağlı öz sözünü deyib, öz mövqeyini ortaya qoyub. Rusiyada anti-Putin qüvvələri bu işlərə - təxribatlara rəvac verməyə - can atırlar. Bu, artıq Rusiyanın mövqeyidir. Onsuz da Moskva Ukraynada özünə kifayət qədər beynəlxalq səviyyəli problemlər qazanıb. Hələ onları həll edə bilmədiyi halda Gürcüstan ərazisini özünə birləşdirmək eşqinə düşüb. Bu istiqamətdən də Azərbaycana qarşı məlum addımları atır. Hətta rusların sözçüsü Xəzər dənizində Azərbaycanın neft buruqlarını vurmaq məsələsini gündəmə gətirmişdi. Doğrudur, Azərbaycan mediası, eləcə də Azərbaycan dövləti bu məsələnin üzərinə ciddi şəkildə getdi. Həmin fikirləri səsləndirən Delyaqin yarıçmıq da olsa, üzr istədi. Amma bu çox şərəfsizcəsinə bir üzr idi. “Mənim fikrimdən qorxanlar” ifadəsini işlətmişdi. Azərbaycanda heç kim onun bu fikrindən qorxmadı, rəsmi Bakı öz haqqını tələb elədi. Azərbaycan mediası və dövləti bütövlükdə eyni mövqedən çıxış sərgilədi. Ona görə də Delyaqin geri addım atdı. Əslində, bu, Kremlin bir nəbz yoxlaması idi, sınağı idi. Delyaqin kimdir ki?! Onu Rusiyanın kəşfiyyat orqanları Azərbaycandakı mövcud siyasi ruhu yoxlamaq üçün bir test həyata keçirdilər. Həmin testin onlara ziyan gətirdiyini başa düşən kimi ermənipərəst qüvvələr tələm-tələsik ayrı şeylər oxumağa başladılar.

- Cümşüd müəllim, Qarabağın dağlıq hissəsində baş verənlər fonunda lokal toqquşmalar baş verə bilərmi?

- Lokal toqquşmalar istisna olunmur. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sərsəmlədi. O, sonuncu bəyanatında bildirir ki, güya 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda “özünümüdafiə qüvvələri”ndən söhbət getmir. Yəni konkret olaraq dördüncü bənddə göstərilir ki, erməni silahlı qüvvələri konkret olaraq Azərbaycan ərazilərini tərk etməlidirlər. Nikol Paşinyan “özünümüdafiə qüvvələri” ifadəsini ortaya atmaqla guya, Ermənistan nəyəsə nail olmaq istəyir. Bu adam bədbəxt siyasətçidir. Başa düşmür ki, termin ayrı şeydir, imzaladığı sənəd tamam başqa bir şeydir. Hətta o, Laçın dəhlizini Azərbaycanın nəzarətinə verilməsini “ermənilərin Qarabağdan çıxması” kimi qiymətləndirir. Bu fikir hardasa, doğrudur, çünki rəsmi Bakı tələb edir ki, Qarabağın dağlıq hissəsindəki ermənilər ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da çıxıb getməlidirlər. Yəni seçim onların öz ixtiyarındadır, özləri bilər, Azərbaycan onlar üçün həmin yolu açıq saxlayıb. Xankəndi ilə Ermənistanı birləşdirəcək ikinci yol artıq iyulda istifadəyə veriləcək. Söhbət Laçın dəhlizinin yeni hissəsindən gedir. Bundan sonra Laçın şəhəri və ətraf kəndlər, bütün rayon ərazisi bütünlüklə Azərbaycanın nəzarətinə keçəcək. Beləliklə, yeni çəkilən yol üzərindəki yaşayış məntəqələrində demək olar ki, heç bir azərbaycanlı yaşamır. Həmin yolun rusiyalı sülhməramlıların nəzarətinə verilməsi və hazırkı Laçın dəhlizinin sülhməramlıların nəzarətindən çıxarılması da erməniləri həddindən artıq narahat edir.

- Niyə?

- Çünki bu yeni çəkilən yol bilavasitə Azərbaycan Ordusunun nəzarətində olan ərazilərdən keçəcək. Bunlar fərqli bir yanaşmadır. Amma Azərbaycan dövləti istənilən vaxt öz ərazilərində anti-terror əməliyyatları həyata keçirə bilər. Azərbaycan qanunvericiliyinə əsasən, Ali Baş Komandanın buna tam şəkildə səlahiyyətləri çatır. Buna nə zaman qərar veriləcəyini ölkə başçısı daha dəqiq bilir. Hər halda həmin şəraiti gözləmək lazımdır. Amma ölkə daxilində belə bir anti-terror əməliyyatının keçirilməsi üçün Azərbaycan kimdənsə icazə almalı deyil. Almayacaq da... Ona görə də erməni terrorçuları ilə Azərbaycan Ordusunun üz-üzə gəlməsi ehtimalı hazırda çox yüksəkdir. Hətta deyərdim ki, 70-80 faizin üzərindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm