Xüsusi
Maskın numeroloji təhlili: Cəfəngiyat üzərində qazanılan sərvət, yoxsa...
İlon Mask inanılmaz və qeyri-mümkün kimi görünən layihələri həyata keçirməklə yanaşı, həm də ondan böyük pullar qazana bilən şəxs kimi tanınır. “Bloomberg Billionaires Index”ə görə, 2023-cü ilin sonunda onun sərvəti 192 milyard dollar təşkil edib.
İnandırıcı səslənməsə də, numeroloqlar iddia edir ki, İlon Maskın başgicəlləndirici uğurlarının səbəblərindən biri də doğum tarixi ilə bağlıdır. Gəlin bu iddialarla birlikdə tanış olaq.
Publika.az xəbər verir ki, psixoloq, psixoterapevt, loqoterapevt, Statistik Psixoanaliz metodunun müəllifi Olqa Perçova İlon Maskın psixoloji təhlilini aparıb.
Dahilik, yoxsa cəfəngiyat

İlon Mask həqiqətən inanılmaz ideya generatorudur, bunu onun matrisində (Xətti cəbr anlayışı olub, m sayda sıra və n sayda sütundan ibarət olan rəqəmlər cədvəlidir - red.) "Maraq 333+" və "Məntiq - (boş)" göstəricilərinin birləşməsi sübut edir. O, insanların zənn etdiyi qədər dahi deyil, lakin kompleks təhlilə əsaslanan aydın və düşünülmüş qərarlar ona inanılmaz uğurlar qazandırır. Mask ən yüksək səviyyəli xəyalpərəstdir. Bu, ona adətən "sağlam düşüncəli" insanın çəkindiyi çılğın fikirləri həvəslə qəbul etməyə və onları reallaşdırmağa imkan verir. Hesab edilir ki, məntiq strateji təfəkkürün əsasıdır, matrisdəki “Məntiq 5/55/555” göstəricisinin sahibləri yalnız dəqiq düşünülmüş addımlar atsalar da, çox vaxt risk almağa hazır deyillər, buna görə də özləri reallıq həddini aşan ideayalardan imtina edirlər. “Məntiq” sahibləri isə ən ağlagəlməz ideyaları icad edib bəşəriyyəti tərəqqiyə doğru apara bilirlər. Məsələn, Albert Eynşteyn və Nils Bo eyni göstəriciyə sahib idilər.
Konkret bir məqsədin olması

“Məqsəd 5” ideal qətiyyətin göstəricisidir, onsuz istəklərə nail olmaq demək olar ki, mümkün deyil. Çox az adam uğur qazanacağına inanaraq eyni şeyləri təkrarlamaqda israrlı ola bilər, Mask isə bunu edə bilir. Onun nailiyyətlərinin əsasında həm də vərdişlərinin sabitliyi dayanır. Qətiyyət göstəricisi uğurlu insanın matrisinin mühüm komponentlərindən biridir. Hara getdiyinizi anlamadan istədiyiniz nəticəni əldə etməyiniz mümkün deyil.
İlon Mask milyardlar qazanıb, lakin bu, onu ifadə etmir ki, pul onun həyatında ən vacib yerdə dayanıb. Əksinə matrisdəki "Yaradılış 2" göstəricisi sübut edir ki, maddi dəyərlər belələri üçün ciddi əhəmiyyət daşımır. Bu, onun həzz almaq istəyini ləğv etmir, sadəcə həyatın maddi tərəfinə bağlı qalmamasına kömək edir. Məhz buna görə də milyarder dünyanın ən varlı adamları siyahısında asketizmi ilə seçilir. Mask həyatının mənasını tapıb, ona görə də əsas ehtiyaclar onun üçün elə də əhəmiyyətli rol oynamır.
Maraqlı fakt ondan ibarətdir ki, İlon Mask öz layihələrinin həyata keçirilməsində investorları çoxmilyon dollarlıq investisiyalar yatırmağa razı salır və bu, təsadüfi deyil. Onun matrisindəki "Fate 7" rəqəmi psixoloqun, bəzən də əla manipulyatorun fitri istedadından xəbər verir. O, insanlara necə təsir edəcəyini çox gözəl bilir. Odur ki, yüksək səviyyəli cəlbedicilik və "Temperament 5" göstəricilərinə malik olan iş adamı öz mövqeyini insanlara asanlıqla “sırıya” və onları fikirlərini həyata keçirmək fürsətinə inandıra bilir.
İlon Maskın uğur resepti aşağıdakı komponentlərdən ibarətdir:
Özünüzə, uğurunuza və ideyalarınıza inam.
Plana uyğun taktika və strategiya.
Heç bir səhv onu öz yolundan yayındıra bilmir!
Sabit vərdişlər uğurun vacib elementidir!
Aytən Məftun
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi



































