İdman
“Neftçi”nin futbolçusu Ebola virusuna görə karantinə alınıb? – RƏSMİ
Afrikada bir çox insan Ebola virusunun qurbanı olub.
Afrika ölkələrinin, demək olar, hamısı Ebola ilə mübarizə aparır.
Avropa ölkələri də bu virusdan yan keçməyib ki, bu da səbəbsiz deyil. Çünki Afrika ölkələrindən bir çox insanlar Avropaya gəlib-gedir. Bu sırada futbolçular da üstünlük təşkil edir. Buna görə də bütün klublarda afrikalı futbolçular xüsusi nəzarətə götürülüb, karintinə alınıb.
İddialara görə, Bakının "Neftçi" klubunda da analoji vəziyyət hökm sürür.
Mətbuatda yazılan məlumatlara görə, bu yaxınlarda Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan qayıdan Syerra-Leone millisinin üzvü Julius Vobay karantinə alınıb.
Guya Bakıya çatan kimi futbolçu dərhal həkim müayinəsinə göndərilib. Onda hər hansı bir virus aşkarlanmasa da, Vobay hazırda "Neftçi" həkimlərinin ciddi nəzarətindədir və onu hər gün yoxlayırlar.
Məlumatı dəqiqləşdirmək qərarına gəldik. Publika.az-a klubdan verilən məlumata görə, futbolçunun karantinə alınması yanlış məlumatdır.
“O, karantində deyil. Sadəcə, paytaxt xəstəxanalarının birində müayinəyə alınıb. Heç bir virus aşkarlanmayıb. O, təlim-məşqlərini davam etdirir”.
Məlumat üçün bildirək ki, Vobayın millidəki komanda yoldaşı Con Kamara Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan qayıdan futbolçu karantinə alınıb. Çünki “qara qitə”də yayılan “Ebola” virusu hər kəsi qorxuya salıb. Kamaraya 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib.
Aygün İlqarqızı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf