“Bank of Azerbaijan” 12 milyon manatı hardan çıxarıb?
Bizi izləyin

Ekopublika.az

“Bank of Azerbaijan” 12 milyon manatı hardan çıxarıb?

Banklar qorunan əmanətlərin məbləğini düzgün hesablamırlar.

Publika.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov deyib.

Fond sədri misal da göstərib: ““Bank of Azerbaijan” Fonda 36 mln. manat həcmində qorunan əmanətinin olduğunu bəyan edib. Lakin məlumatlar Fondda xüsusi modul əsasında hesablandıqdan sonra məlum olub ki, qorunan əmanətlərin məbləği cəmi 24 milyon manat təşkil edir”.

A.Cavadovun sözlərinə görə, sığorta hadisəsi baş verəcəyi təqdirdə, Fondun kompensasiya ödəmək üçün kifayət qədər vəsaiti var. Belə ki, hazırda fondun 132 milyon manat vəsaiti var.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm