Beynəlxalq Valyuta Fondundan Azərbaycana pessimist proqnoz
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Valyuta Fondundan Azərbaycana pessimist proqnoz

Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi inkişafı haqqında pessimist proqnoz açıqlayıb.

Publika.az BVF-ya istinadən bildirir ki,2014-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9 faiz təşkil edəcək. 2015-ci ildə isə 3,4 faizdən yüksək olmayacaq. Qeyri-neft sektorunun artımı 7,5 faiz təşkil edəcək. Bunun nəticəsi kimi, BVF bu il Azərbaycanda nominal ÜDM-in həcmini 60,487 mlrd. manat (77.180 mlrd. dollar) proqnozlaşdırır. 2015-ci ild isə 65,110 mlrd. manat (83,161 mlrd. dollar) olacaq. Qeyri-neft ÜDM- 37,522 mlrd. manat (47,925 mlyd. dollar) və 41,347 mlrd. manat (52,811 mlrd. dollar) gözlənilir.

BVF neft sektoru ilə bağlı proqnozunu da artırıb. Əvvəllər 2014-cü il üçün 0,9 faiz artım gözlənilirdisə, bu rəqəmi 1,4 faizə qaldırıb. 2015-ci il üçün isə 0,1 faizdən 0,9 faizə artırıb.

Fondun gözləntilərinə görə, 2014-cü il üzrə neft ÜDM-i 22,965 mlrd. manat (29,255 mlrd. dollar) təşkil edə bilər. 2015-ci il üzrə neft ÜDM-i 23,763 mlrd. manat (30,350 mlrd. dollar) olacaq.

BVF-dan qeyd edilir ki, 2014-cü ildə Azərbaycanın neft ixracı 10,9 mlrd. dollara düşəcək. 2015-ci ildə 17,2 mlrd. dollar təşkil edəcək. Neft idxalı isə artaraq 3,1 mlrd. və 2,9 mlrd. dollar olacaq. Fond Azərbaycan hökümətinin inflyasiya ilə bağlı gözləntilərinin özünü doğruldacağına inanmır. BVF-nın proqnozlarına əsasən, orta inflyasiya 3,1 faiz təşkil edəcək. 2015-ci il üçün bu rəqəm 3,3 faizdir.

2014-cü ilin 4-cü rübündə istehlak inflyasiyası 2,5 faiz, 2015-ci il üzrə isə 4 faiz olacaq. Bu arada onu da qeyd edək ki, Azərbaycan höküməti 2014-cü il üzrə 2 faiz inflyasiya proqnozlaşdırıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm