“Neftqaztikinti” Trestinin yeni binası istifadəyə verilib
Bizi izləyin

Digər

“Neftqaztikinti” Trestinin yeni binası istifadəyə verilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin iştirakı ilə “Neftqaztikinti” Trestinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Novruz bayramı münasibəti ilə bütün neftçiləri, o cümlədən trestin kollektivini təbrik edib. Rəmzi qırmızı lenti kəsən Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər binaya baxış keçirib və yaradılan şəraitlə tanış olublar. Bina haqqında SOCAR rəhbərinə məlumat verilib.

Bildirilib ki, yeni inzibati bina pilləvari olmaqla 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kvt - luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılmış, asfalt örtüyü salınmış, yaşıllıqlar salınıb.

SOCAR rəhbəri binada görülən işlərdən razı qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm