Hamı Frida ola bilər - FOTOLAR
Bizi izləyin

Art

Hamı Frida ola bilər - FOTOLAR

Braziliyalı fotoqraf Kamila Fontenel de Miranda “Todos Podem Ser Frida” (“Hamı Frida ola bilər”) adlı layihəsi ilə hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, Kamila Mirandaya poza verən qadın, kişi və ya uşaqlar 15 dəqiqəliyinə də olsa özünü Frida Kahlo kimi hiss edə bilir.

Fotoqraf faciəvi həyat yaşamağına baxmayaraq, cəsarəti və sənətə olan düşkünlüyü ilə bütün çətinliklərin öhdəsindən gələn dahi rəssamın ona həyatın hər sahəsində ilham verdiyini deyir: “Dünyadakı bütün insanların Frida Kahlo kimi cəsarət və həyat eşqi ilə silahlanmasını arzulayıram. Elə bu layihəni də ona görə həyata keçirirəm. İstəyən hər kəs qoşula bilər. Professional stilist və vizajistlər sayəsində, Fridaya bənzəmək üçün sadacə 15 dəqiqə kifayət edəcək”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm