Onun adı Don Kixot deyil
Bizi izləyin

Art

Onun adı Don Kixot deyil

Məşhur “Harry Potter” kitablarının yazarı Coan Roulinqin oxucuların çoxunun əsərdəki Lord Voldemort obrazının adını düzgün tələffüz etmədiklərini açıqlaması ədəbiyyat aləmində yeni bir qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Coan Roulinqin “bu obrazın soyadının sonundakı “t” hərfi tələffüz edilməməlidir”, deməsi bir çox ədəbiyyat jurnalının diqqətini çəkib. Belə ki, yazarın açıqlamasından dərhal sonra ədəbi nəşrlərdən bir neçəsi adı düzgün tələffüz edilməyən ədəbi obrazları müəyyənləşdirməyə çalışıblar.

Məlum olub ki, oxucular ən çox Servantesin yaratdığı “Don Quijote” obrazının adını oxuyarkən səhvə yol verirlər. Belə ki, obrazın adı ilə uyğun olan əsər Türkiyə türkcəsində “Don Kişot” kimi tanınır. İngilis oxucuların 44 faizi isə obrazın adını “Kuiksoat” deyə tələffüz edir. Bildiyiniz kimi, kitab Azərbaycan dilinə də “Don Kixot” kimi çevrilib. Halbuki doğru tələffüz belə olmalıdır: Donkeyhohte.

Araşdırma nəticələrinə görə, ümumiyyətlə, oxucuların 39 faizi ədəbi obrazların adını yanlış tələffüz edir. Oxucuların adını tələffüz etməkdə çətinlik çəkdikləri obrazlar arasında “Taxt oyunları”ndakı Deyeneris Tarqarien (Daenerys Targaryen) və Sofoklın yaratdığı Edip (Oedipus) obrazı da yer alıb. Aqata Kristinin demək olar ki, bütün əsərlərində yer alan dedektiv Puaro (Poirot) və “Harry Potter” kitablarındakı Hermiona (Hermione) obrazının da adını bir çoxları yanlış tələffüz edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm