Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?
Bizi izləyin

Art

Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?

Böyük Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkun "Şairin səsi" (Azadlıq) şeiri Şotlandiyanın Edinburq şəhərində yerləşən Şotlandiya Poeziya Kitabxanasında saxlanılır.

Bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib:

“Bu barədə Şotlaniyada yaşayan “Buta Azərbaycan-Şotlandiya Assosiasiyası”nın sədr müavini, siyasi analitik Fuad Ələkbərova Şotlandiya Poeziya Kitabxanası ilə əlaqə qurarkən muzeydən məlumat veriblər. Şeir ingilis dilinə Aynur Imecer tərəfindən 2008-ci ildə tərcümə olunub. Şeir və şair haqqında məlumat muzeyin rəsmi saytında da (http://www.scottishpoetrylibrary.org.uk/poetry/poems/poets-voice) yerləşdirilib. Hazırda Fuad Ələkbərov gələcəkdə başqa ədiblərimizin şeirlərinin muzeyə təqdim olunması ilə bağlı danışıqlar aparır”.

QEYD: Şotlandiya Poeziya Kitabxanası 1984-cü ildə şair Tessa Rensford tərəfindən qurulub. Hazırda muzeydə Şotlandiya və beynəlxalq poeziyaya aid olan 30,000 əsər saxlanılır. Muzeydə Şotlandiyanın üç yerli dilində (Şotland kelt, şotland german və ingilis dillərində) materiallar mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm