Art
İsveçrədə Heydər Əliyevin anım mərasimi keçirildi
Azərbaycanın İsveçrədəki səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, mərasimə toplaşanlar ulu öndərin səfirlikdəki büstü önünə əklil qoyduqdan sonra, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Xanım İbrahimova tədbirə qatılanlar önündə ulu öndər Heydər Əliyevin həyat yolu, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatının inkişafında, “Azərbaycançılıq” fəlsəfəsinin bərqərar olmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən diplomatiyamızın inkişafında xidmətlərindən danışıb. Səfir ümummilli lider Heydər Əliyevin başladığı yolun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərindən də ətraflı bəhs edərək, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın milli mənafelərinin dünya səhnəsində uğurla təmin edildiyini vurğulayıb.
Bunun ardınca, tədbir iştirakçıları “Əbədiyyət” filmini seyr ediblər.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA