Avtopublika
Almaniyada yeni nəqliyyat vergisi tətbiq ediləcək
Almaniya Bundestaqının aşağı palatası yeni yol vergisinin (federal yollar və avtobanlara görə gediş haqları) tətbiqi planını təsdiq edib. Həmin sənəd xarici avtomobil sürücülərinə diskriminasiya xarakteri daşıdığına görə dəfələrlə sərt tənqidə məruz qalıb.
Plana əsasən, yeni vergi sistemi 2016-cı ildən tətbiq olunmağa başlayacaq. Sürücülər vergini 10 günlük, 2 aylıq və ya 1 illik ödəyə bilərlər və bunun üçün ödənişi təsdiq edən qəbz almalıdırlar. Belə ki, 10 günlük və 2 aylıq gediş haqqı müvafiq olaraq 10 və 20 avroya başa gələcək. Bir illik vergi isə avtomobilin mühərrikinin həcmindən və karbon tullantılarından asılı olaraq maksimum 130 avro təşkil edəcək.
Vergi bütün avtomobillərə tətbiq olunacaq. Lakin mövcud qanunvericiliyə görə, yerli sürücülər üçün müəyyən güzəştlər nəzərdə tutulduğundan onlar nisbətən az vergi ödəyəcəklər.
Almaniya hökuməti yeni vergidən il ərzində təxminən 500 milyon avro gəlir gözləyir və bu vəsaitlərin avtomobil yollarının saxlanılmasına yönəldiləcəyini bəyan edib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi