Avtopublika
Bakıdan Gürcüstana gedən yol ödənişli olacaq
Bakıdan Gürcüstan sərhədinədək İpək yoluna paralel ödənişli yolun çəkilməsi nəzərdə tutulur.
Bu barədə AzərTAc-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, sürət həddi daha yüksək olduğundan sürücülər mənzil başına tez çatmaq üçün müəyyən məbləğ ödəməklə bu yollardan istifadə edirlər. Bu məsələ bir müddətdir ki, gündəmdədir və dünyadakı ən yaxşı təcrübələr nəzərdən keçirilib. Məqbul hesab edilən layihələr hazırda müzakirə mərhələsindədir.
Paytaxt gəlincə isə N.Həsənov vurğulayıb ki, Bakının yolları Nəqliyyat Nazirliyi ilə şəhər icra hakimiyyətinin balansındadır. Ona görə də şəhərdə ödənişli yolların tətbiqi ilə bağlı hər iki qurum arasında razılıq olmalıdır. "Bizdə belə təcrübə var. Məsələn, İçərişəhərin ərazisindəki yollardan istifadə pulludur. Gələcəkdə bu təcrübənin paytaxtın digər tarixi yerlərində də tətbiq olunması nəzərdə tutulur", - deyə mətbuat katibi əlavə edib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO