Avtopublika
100-dən çox avtobus cərimə meydançasına aparıldı
Bu gün Bakı şəhərində sərnişindaşımada nizam-intizamın
yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma
endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat
Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb.
Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, səhər saatlarından başlayan reyd günün sonuna qədər
paytaxtın müxtəlif bölgələrində davam etdirilib. Reyd zamanı məlum
olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması
halları həddindən artıq çoxdur. Bundan əlavə, elektron qaydada
yazılan cərimələrin vaxtında ödənilməməsi, müvafiq kateqoriyası və
sürücülük vəsiqəsi olmadan avtobus idarə edilməsi faktları da üzə
çıxıb. Bütün bunlara görə gün ərzində 100-dən artıq avtobus Bakının
7 cərimə meydançasına yığılıb. İş o yerə çatıb ki, cərimə
meydançalarında yer dolduğu üçün avtobuslar yol kənarlarında
saxlanılıb. Avtobus dayanacaqlarını zəbt edən minik maşınlarına
qarşı da tədbirlər görülüb və 130 sürücüyə inzibati protokol tərtib
olunub.
Bölmə rəisi Vaqif Əsədov deuib: "Təəssüflər olsun ki, biz
dayanacaqları təmizləyib avtobusların ixtiyarına veririk. Lakin
sanki sürücülər vərdiş edibmiş kimi, yenə də avtobusu dayanacaqdan
kənarda, yəni, ikinci cərgədə saxlayırlar. Və yaxud da, sərnişinlər
avtobus gözləyərkən yolun hərəkət hissəsinə çıxırlar".
Bu qədər avtobusun birdən-birə xətdən kənarlaşdırılması şəhərdə
nəqliyyat sistemində problem yaratsa da, DYP rəsmisi bildirib ki,
avtobusların məxsus olduğu şirkətlər və sürücülər cərimələri
vaxtında ödədikdən və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra
həmin nəqliyyat vasitələri yenidən xəttə buraxıla bilər. Dövlət Yol
Polisindən onu da bildiriblər ki, bu ilin 7 ayı ərzində Bakı şəhəri
ərazisində avtobusların iştirakı ilə 36 yol qəzası baş verib.
Nəticədə 21 nəfər ölüb, 56 nəfər yaralanıb. /anspress.com/
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq