Avtopublika
“Chrysler” 150 milyon dollar təzminat ödəyəcək
ABŞ məhkəməsi 2012-ci ildə "Chrysler"in "Jeep Grand
Cherokee" SUV modelinin iştirakı ilə baş verən qəzada həyatını
itirən dörd yaşındakı uşağın ailəsinə 150 milyon dollar təzminat
ödənməsinə qərar verib.
Qəza anında "Jeep Grand Cherokee"nin arxa oturacağında oturan
Remington Walden adlı uşaq yük maşınının arxadan vurması ilə benzin
çəninin alovlanması nəticəsində həyatını itirmişdi.
Təxminən üç ildir davam edən məhkəmə nəticəsində günahkar sayılan
"Chrysler" firması 150 milyon dollar təzminat ödəyəcək.
"Chrysler" 2013-cü ildə 1993-1998-ci illərdə istehsal edilən və
eyni benzin çəni olan 1 milyon 560 min SUV modelini geri
çağırmışdı.
Remington Waldenin həyatını itirdiyi avtomobil 1999-cu il istehsalı
idi. "Chrysler" 1999-cu ildə istehsal olunan avtomobillərin benzin
çənində problem olmadığını iddia edir. Remington Waldenin ailəsi
isə bildirir ki, avtomobildəki benzin çəni ön tərəfdə yerləşsəydi,
bu cür faciə də baş verməzdi.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ