Avtopublika
“General Motors” korporasiyasına fantastik cərimə
ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi – "General Motors" korporasiyasının əməlində cinayət tərkibi aşkar edib. Şirkətin bu biganəliyi nəticəsində baş verən qəzalarda azı 104 nəfər həyatını itirib. "New York Times" qəzeti korporasiyanı tarixin ən iri cəriməsinin gözlədiyi barədə məlumat yayıb.
Hökumətlə "General Motors" arasında bu məsələyə dair razılaşmanın yay aylarında baş tutacağı gözlənilir. Avtomobil istehsalçısının ödəyəcəyi cərimənin miqdarı açıqlanmasa da, bəzi məlumatlara görə o, keçən il "Toyota" şirkətinin ödədiyi 1,2 milyard dollarlıq rekord cəriməni keçə bilər.
Hazırda "General Motors" "Toyota"dan fərqli olaraq istintaqla aktiv əməkdaşlıq edir və bu səbəbdən də onun cəzasının bir qədər yumşalacağı ehtimal olunur.
Sözü gedən nasazlıq hərəkət zamanı mühərrikin qəfildən sönməsinə gətirib çıxarırdı ki, bu da əyləc sisteminin sıradan çıxması və təhlükəsizlik qurğularının işləməməsi ilə nəticələnirdi. Şirkətin milyonlarla avtomobilini geri çağırılması ilə müşayiət edilən miqyaslı kampaniya yalnız 2014-cü ilin fevral ayında başlayıb. Lakin təhqiqatın fikrincə, korporasiya bu problem barədə həmin kampaniyadan xeyli əvvəl məlumatlı olub.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi