Türkiyə istehsalı olan ilk avtomobil - VİDEO
Bizi izləyin

Avtopublika

Türkiyə istehsalı olan ilk avtomobil - VİDEO

"Türkiyə öz avtomobilini istehsal edəcək".

Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu söyləyib.

Onun sözlərinə görə, Türkiyənin milli avtomobilinin ilk prototipi 2015-ci ilin avqustunda istehsal olunacaq:

"Mən sizinlə yaxşı bir xəbəri bölüşmək istəyirəm. Ötən həftə biz milli sənaye və milli regional təyyarə barədə məlumat vermişik. Bu həftə isə Allaha şükür ki, bütün işlərimiziyekunlaşdırmışıq və hazırda müqavilə imzalanır. Biz milli avtomobilin istehsalına start veririk. 2015-ci ilin avqustunda milli avtomobilin ilk prototipi, 2016-cı ildə isə ilk surəti istehsal olunacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm