Gürcüstanın baş naziri Avropa Oyunlarının açılışına qatılacaq
Bizi izləyin

Bakı 2015

Gürcüstanın baş naziri Avropa Oyunlarının açılışına qatılacaq

İyunun 12-si Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə qatılan siyasi liderlər arasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də olacaq.

ANS TV-nin məlumatına görə, bu barədə Qaribaşvili Dövlət Neft Şirkətinin Batumidə yeni ofisinin açılışında bəyan edib: “Azərbaycan Gürcüstanın vacib starteji tərəfdaşıdır. Avropa Oyunlarının açılışı ilə əlaqədar 12-13 iyun tarixlərində Bakıya səfər edəcəm. I Avropa Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm