Bakı 2015
Avropa Oyunlarındakı təmsilçilərimizi tanıyaq!
İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şose velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək.
Publika.az xəbər verir ki, bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır. "Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdır. 26 yaşlı idmançı Avropa Oyunlarında iştirakı karyerasının ən önəmli yarışı kimi xarakterizə edir:
"Bakı 2015 İlk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdir. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".
Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şose velosipedi komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub. Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötüşməsində də birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir:
"Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu bizim üstünlüyümüzdür".
Qeyd edək ki, Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək. Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu