• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Zvyezdana Heina: “Azərbaycan günəşin çıxdığı ilk Avropa ölkəsidir”

Zvyezdana Heina: “Azərbaycan günəşin çıxdığı ilk Avropa ölkəsidir”

Xorvatiyanın İsveçrədəki Səfiri Aleksandr Heinanın həyat yoldaşı, jurnalist Zvyezdana Heina HRTİ (Xorvatiya Radio və Televiziyası) kanalının səhər verilişi olan “Subotom ujutro” da çıxış edərək Azərbaycan barədə təəssüratlarını bölüşüb.

Zvyezdana Heinanın müsahibəsini təqdim edirik.

- Müəllif: Bakı iki həftə sonra I Avropa Oyunlarına ev sahibliyi edəcək. Orada bizim idmançılarımız da iştirak edəcəklər. Bu sırada bu günkü qonağımız, Avropa birincisi olan karateçimiz Maşa Martinoviç də var. Digər qonağımız isə həmkarım Zvyezdana Heinadır . O, Azərbaycanı bir qədər əvvəl ziyarət edib və bu gün bizimlə Azərbaycan barədə təəssüratlarını bölüşəcək. Zvyezdina, Azərbaycan və xüsusilə Bakı I Avropa Oyunlarına necə hazırlaşır?

- Zvyezdana Heina: Bakıdan yenicə qayıtmışam. Orada bir neçə gün qaldım. Hər şeydən öncə qeyd etməliyəm ki, Azərbaycan, doğrudan da, bir Avropa ölkəsidir, günəşin çıxdığı ilk Avropa ölkəsidir. Bakı paytaxtdır, 3 milyonluq əhalisi olan şəhərdir. Biz onu Avroviziya yarışmasına ev sahibliyi edən şəhər kimi tanımışıq. Hal-hazırda isə, 2 həftə sonra I Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər kimi görürük. Oraya 120-si Xorvatiyadan olmaqla, ümumilikdə 50 ölkədən 6 min idmançı gedəcək. Azərbaycan bu fürsətdən lazımınca istifadə edib özünü innovativ, demokratik, tolerant və qabaqcıl ölkə kimi (düşünürəm ki, onlar artıq buna müvəffəq olublar) təqdim etmək istəyir. Bu oyunlarla bağlı infrastruktur yenilənib, yeni tikililər çoxdur. Bunların arasında 65 min nəfər tamaşaçı tutumlu stadion və digər bir sıra meqa idman obyektləri var. Oyunlar üçün 12 min nəfərə yaxın könüllü cəlb edilmişdir. Şəhərin gözəl və təmiz hissəsində idmançıların və KİV nümayəndələrinin yerləşəcəyi 17 binadan ibarət idman şəhərciyi salınmışdır. Soruşa bilərsiniz ki, bütün bunlar üçün maliyyə mənbəyi (gücü) haradandır. Dərhal cavab verə bilərəm: neft və qaz mənbələri. Böyük imkanları var və bu imkanlardan düzgün, mədəni şəkildə istifadə edirlər.

- Müəllif: Zvyezdana, Bakının son 10 ildə çox dəyişdiyini bilirik, ümumilikdə Bakı necə görünür? 2012-ci ildə Avroviziya yarışmaları zamanı gördük, amma daha da inkişaf etdiyini düşünürəm. Bu barədə nə deyə bilərsiz?

- Zvyezdana Heina: Bakı Xəzər dənizinin sahilində yerləşir, 3 milyionluq əhalisi var. Memarlıq baxımından çox inkişaf etmiş şəhərdir. Yeni tikilən müasir binalar da buna uyğundur. Şəhərin hal-hazırki simvolu yeni tikilən “Alov qüllələri”dir. Bu kompleks 3 nəhəng, hündür göydələndən ibarətdir və animasyon mənzərəli işıqlandırma ilə təchiz edilmişdir. Gecələr binalar ayrı-ayrılıqda ölkənin bayrağını əks etdirən rəngləri alırlar. Ölkənin memarlıq möcüzəsi təkcə bu binalar deyil. Bundan başqa, nəhəng dalğa formasını əks etdirən Heydər Əliyev Mərkəzini qeyd etmək istərdim. Əlavə olaraq, hər biri muzeyi xatırladan yol keçidləri və metrostansiyaları, Fransız memarlığını xatırladan, yeni salınacaq Ağ şəhəri xüsusilə qeyd etmək istərdim.

- Müəllif: Maşa, bəs sizin ilk dəfə səfər edəcəyiniz Azərbaycandan gözləntiləriniz nədir, hansı hissləri keçirirsiniz?

- Maşa Martinoviç: Elə indicə inanılmaz məlumatlar eşitdim gedəcəyimiz ölkə haqqında. Daha da həyəcanlanıram. Bir neçə aydır ki, intensiv məşq edirik. Ayın 8-də uçacağıq. Düşünürəm ki, oyunlar zamanı Bakını gəzmək üçün kifayət qədər imkanımız olacaq.

- Müəllif: Zvyezdana, yəqin ki, idmançılarımız milli xörəklərdən də dadacaqlar. Azərbaycan yeməkləri barədə nə deyə bilərsiz?

- Zvyezdana Heina: Yeməkləri, inanılmaz dərəcədə dadlıdır. Bir sözlə Şərq mətbəxidir və çox ləzizdir. Ədviyyatlardan çox istifadə edilir. İlk növbədə, ağ balıq kürüsünü vurğulamaq istəyirəm, o, dünyada ən bahalı kürüdür. Bu kürü yalnız Xəzər dənizində əldə edilir və kiloqramı təxminən 18000 kunadır (2300 avro) . Bir çox yemək çeşidini də qeyd edə bilərəm. Əminəm ki, idmançılarımız bunlardan zövq alacaqlar. Milli xörəkləri plovdur: düyü ilə ətin kombinasıyasından ibarətdir. Eləcə də, paxlavaları da çox dadlıdır. Türkiyə və Bosniya paxlavalarından çox fərqlənir, onlar qədər şirəli deyil. İki şeyi də vurğulamaq istərdim, hansını ki, dünyanın başqa yerlərində görməmişəm: tərəvəz və göyərtini. Hər yemək ərəfəsində, nahar və şam, fərqq etməz, süfrəyə kifayət qədər tərəvəz və göyərti qoyurlar. Göyərtilər süfrəyə doğranmadan qoyulur və bu şəkildə də yeyilir.

- Müəllif: Çox sağ ol, Zvyezdana. Anlatdıqların üçün təşəkkür edirəm. Maşa və digər idmançılarımıza da Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlar arzu edirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR