Bu günün məşəldarları kimlərdir? - SİYAHI
Bizi izləyin

Bakı 2015

Bu günün məşəldarları kimlərdir? - SİYAHI

Avropa Oyunlarının məşəli artıq ikinci gündür ki, Bakıdadır. Ötən gün məşəli ölkə başçısı İlham Əliyev qəbul edib.

Daha sonra isə bir sıra məşhur şəxslər, xalq artistləri Arif Babayev, Amaliya Pənahova, İlhamə Quliyeva, Aygün Kazımova və bir sıra məşhur şəxslər daşıyıb.

Bu gün isə məşəli daha 9 nəfər daşıyacaq.

İlk olaraq məşəli Velo-parkda “Nə? Harda? Nə vaxt?” intellektual oyunların qalibi Balaş Qasımov qəbul edəcək. Onun ardınca Azərbaycanın sinxron üzgüçüləri Tatyana Nikitina və Yekaterina Valiulina, basketbol veteranı Elxan Əliyev, YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov, əməkdar artist Tahir İmanov, vrestler Mariya Stadnik, Gimnasitka və Atletika səfiri Marina Durunda, Milli Gənclər Konsulu Şahin Seyidzadə, “London 2012” olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcid daşıyacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm