Avropa Oyunlarının qonaqlarına milli geyimlərimiz nümayiş olunacaq
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının qonaqlarına milli geyimlərimiz nümayiş olunacaq

Avropa Oyunlarının qonaqlarına Azərbaycan milli geyimləri nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirlirliyindən Publika.az-a verilən məlumata görə, “Bakı 2015” I Avropa Oyunlarının təbliği məqsədilə “Azərbaycan milli geyimləri sərgisi” adlı layihənin icrasına başlanılıb.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festival və müsabiqələr, yarışlar, çoxsaylı tədbirlər, o cümlədən bu günlərdə başlanacaq I Avropa Oyunları ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir. Avropa Oyunları ilə bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gəlməsi gözlənilir. Hər bir xalqın milli geyimləri onun milli mənsubiyyətini və qədimliyini, eləcə də adət-ənənələrini özündə əks etdirir. Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği məqsədilə sərginin təşkili də mədəniyyətimizin təbliğinə xidmət edir.

Təqdim edilən layihədə sərginin üstünlükləri bunlardır: nümayiş yerləri iş vaxtı ilə məhdudlaşdırılmır; ödənişsizdir; geniş kütlə üçün nəzərdə tutulub. Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılmış, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulmuşdur. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barəsində məlumat veriləcək.

Layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.

Sərginin açılış mərasimi 9 iyun 2015-ci il tarixində saat 16.00-da “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində keçiriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm