Su polosu yarışında 6 komanda favoritdir
Bizi izləyin

Bakı 2015

Su polosu yarışında 6 komanda favoritdir

Qadınlar arasında su polosu yarışlarının qaydalarına görə, Bakı 2015 turnirinin qalibi 6 ən yaxşı komandadan biri olacaq.

Publika.az xəbər verir ki, məşqçilərin və mütəxəssislərin bir çoxu A qrupundan Yunanıstan, Macarıstan və Hollandiyanın, B qrupundan isə İspaniya, İtaliya və Rusiyanın növbəti mərhələyə keçəcəyini düşünür.

Digər komandalar isə bu turnirdə yaxşı təcrübə qazanıb, gələcəkdə böyük uğurlar əldə etmək üçün qatılır.

B qrupunu dəyərləndirən serbiyalı məşqçi Vladimir Dajkoviç bunları bildirib:

“Bizim qrupda böyük 6-lıqda olan bu 3 komanda qarşısında heç bir şansımız yoxdur. Bizim oyun keyfiyyətlərimiz onlarınkından olduqca geri qalır. Zəif olmağımızın əsas səbəblərindən biri komandanın gənc olması ilə bağlıdır. Yeni bir komanda qurub hər şeyi yenidən başlamağı planlaşdırırıq”.

Favorit hesab edilən 6 komanda isə çempionluq yarışında amansız mübarizə aparacaqlar. Belə ki, qrupun qalibi olan komandalar avtomatik olaraq, yarışların yarımfinal mərhələsinə yüksələcək. Qrup ikinciləri və üçüncüləri isə yarımfinala çıxmaq üçün dörddəbir finalda oynayacaqlar.

Yarış öncəsində Hollandiya, Macarıstan və Yunanıstan A qrupunda digər rəqiblərindən üstün görünürlər. Qeyd edək ki, qrupun digər komandaları Böyük Britaniya, Almaniya və İsraildir.

Yunanıstan və Macarıstan 2014-cü il İstanbulda keçirilmiş Yeniyetmələr arasında Dünya Çempionatında ön sıralarda yer almaqla güclü olduqlarını sübut ediblər. Belə ki, Yunanıstan 3-cü, Macarıstan isə 4-cü yerin sahibi olub.

B qrupunda isə əsas mübarizə 2013-cü ildə Yeniyetmələr arasında Avropa Çempionatında 2-ci yeri tutan İspaniya komandası ilə İtaliya və Rusiya arasında olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm