Elmar Qasımov: “Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram”
Bizi izləyin

Bakı 2015

Elmar Qasımov: “Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram”

Cüdo üzrə Avropa çempionu və bir çox beynəlxalq turnirlərin qalibi, tanınmış cüdoçu Elmar Qasımovun məqsədi I Avropa Oyunlarında qələbə qazanmaqdır.

Publika.az xəbər verir ki, ulduz idmançı açıqlamasında bütün fikirlərini qızıl medal qazanmaq üçün köklədiyini deyib:

“Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır. Tatamiyə çıxarkən ancaq rəqibimi düşünürəm, başqa heç nə.

Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram. Bildirim ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir. Qələbəyə çox həvəsliyəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm