Bakı 2015
Avropa Oyunlarında bayraqdarımız bəlli oldu - FOTO (YENİLƏNİB)
İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib.
Bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə
açıqlanacaq.
Buro247.az-ın əldə etdiyi eksklüziv məlumata görə, açılış
mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya
çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar
Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa
çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta
idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları
və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla
2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı
2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş
medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil
olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.
* * *
Bakı 2015 Birinci Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının adı rəsmi olaraq açıqlanıb. Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov milli komandamızın bayraqdarı seçilib. O, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan milli komandasının bayrağını daşıyacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu