Türkiyəli idmançı: “Avropa Oyunları Yay Olimpiya Oyunları üçün bir sınaqdır”
Bizi izləyin

Bakı 2015

Türkiyəli idmançı: “Avropa Oyunları Yay Olimpiya Oyunları üçün bir sınaqdır”

“İlk Avropa Oyunlarının qardaş Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu Atıcılıq idmanı növü üzrə Türkiyə Milli Komandasının üzvü Yusif Dikəç bildirib.

Y.Dikəç Azərbaycanda olduqca vacib və çətin yarışların onu gözlədiyini söyləyib: “Təmsil olunduğum idman növü üzrə özümü iddialı hesab edirəm. Əsas məqsədim Türkiyəyə medalla qayıtmaqdır. Mən Avropanın 20 ən yaxşı idmançıları sırasında mübarizə aparacam. Bakıda mübarizə aparacağım Avropanın 20 ən güclü idmançısı 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya oyunlarına namizədlərdir. Bu baxımdan da hesab edirəm ki, ilk Avropa Oyunları 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün bir sınaqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm