Kamandan oxatma: Almanlar liderdir - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Kamandan oxatma: Almanlar liderdir - YENİLƏNİR

Bakı 2015 Avropa Oyunlarında qadınların kamandan oxatma yarışlarında Almaniya idmançısı Liza Unruh 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub.

Publika.az xəbər verir ki, sonrakı yerlərdə danimarkalı Maya Yaqer (657 xal), italiyalı Natalia Valeeva (653), gürcüstanlı Xatuna Nərimanzadə (653), rusiyalı Kristina Timofeyeva (650), italiyalı Quendalina Sartori (648), rusiyalı İnna Stepanova (647), Nataliya Yerdniyeva (647), alman Karina Vinter (646) və ukraynalı Lidiya Sıçenikova (644) qərarlaşıblar.

Təmsilçilərimizdən Olqa Senyuk 627, Nurlana Vəliyeva 586, Yaylagül Ramazanova 582 xalla müvafiq olaraq 34, 60 və 61-ci yerləri tutublar.

Komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində isə ilk onluqda Almaniya (1952 xal), Rusiya (1944), İtaliya (1938), Ukrayna (1917), Gürcüstan (1916), Danimarka (1907), Fransa (1898), İspaniya (1888), Belarus (1887) və Türkiyə (1886 xal) yer alıb.

Azərbaycan yığması 1795 xalla 16-cı yeri tutub.

15:00

"Bakı 2015"-in kamandan oxatma yarışlarında qadınlar mübarizəyə qoşulublar. Onları fərdi və komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində mübarizə aparırlar.

13:08

İyunun 20-də keçiriləcək 1/32 finalda Roman Vengerov fransalı Lukas Daniellə, Taras Senyuk lüksemburqlu Ceff Henkellə, Aleksey Kopnin isə rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq.

Komanda çoxnövçülüyündə isə Azərbaycan yığması iyunun 17-də 1/8 finalda İtaliya ilə üz-üzə gələcək.

12:52

Kişilərin komanda yarışlarında reytinq mərhələsi başa çatıb. 1893 xal toplayan Azərbaycan millisi 13 komanda arasında 12-ci olub. Yığmamız sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Görüş saat 11:15-də start götürəcək.

Qadınların yarışında təmsilçilərimizdən Yaylagül Ramazanova, Nurlana Vəliyeva və Olqa Senyuk çıxış edir. Bundan başqa, qadın və qarışıq komandalar qüvvəsini sınayacaq.

11:13

İyunun 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı 2015 Birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarına start verilib.

Publika.az xəbər verir ki, kişilər arasında fərdi reytinq mərhələsində köhnə qitənin ən sərrast oxatanları 1/32 seçmə mərhələdən mübarizəyə başlayıblar. Azərbaycanı bu mübarizədə Aleksey Kopnin, Roman Vengerov, Taras Senyuk təmsil edirlər.

Eyni zamanda, kişilər arasında komanda çoxnövçülüyü və qarışıq komanda çoxnövçülüyü reytinq mərhələsi üzrə yarışlara da start verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm