Akrobatika gimnastikası: qadınların yarışı başa çatdı - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Akrobatika gimnastikası: qadınların yarışı başa çatdı - YENİLƏNİB

“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil edilən iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlara iyunun 21-də yekun vurulub.

Milli Gimnastika Arenasında keçirilən komanda yarışlarında və qarışıq cütlüklərin mübarizəsində 6 ölkədən idmançılar qüvvələrini sınayıblar. İdmançılar müvazinət və temp hərəkətlərini nümayiş etdiriblər.

Azərbaycan gimnastlarının da iştirak etdikləri qarışıq cütlüklərin müvazinət və temp hərəkətləri üzrə yarışlarında qızıl medalları rusiyalı gimnastlar Marina Şernova və Georgi Pataraya qazanıblar. Onlar bundan əvvəl keçirilmiş qarışıq cütlüklərin çoxnövçülük yarışlarında da bütün rəqiblərindən çox xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdılar.

Qarışıq cütlüklərin tem və müvazinət hərəkətləri üzrə yarışlarının final mərhələlərində gümüş medalı Belçika idmançıları Yana Vestavel və Solano Qassamojor, bürünc medalı isə Böyük Britaniya akrobatları Hannah Bauhn və Ryan Bartlett qazanıblar. Qeyd edək ki, Belçika və Böyük Britaniya təmsilçiləri çoxnövçülük yarışlarında da ikinci, üçüncü yerləri bölüşüblər.

Medalları qaliblərə Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihana təqdim ediblər.

Akrobatik gimnastların qadınlar arasında keçirilən komanda yarışlarının müvazinət və temp hərəkətləri üzrə final görüşlərində isə birinciliyi Belçika idmançıları əldə ediblər. Altı ölkə təmsilçilərinin mübarizə apardıqları yarışlarda belçikalı akrobatlar topladıqları xallarla bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.

Bu yarışmalarda rusiyalı gimnastlar ikinci, Belarus təmsilçiləri isə üçüncü yeri tutublar. Hər iki ölkənin akrobatika gimnastikası üzrə qadınlardan ibarət komandası çoxnövçülük yarışlarında da eyni nəticəni göstərərək ikinci, üçüncü yerləri bölüşüblər.

Qaliblərə medalları Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov təqdim edib.

15:56

Azərbaycan akrobatları Ulyana Dyakova və Anatoli Leonov qarışıq cütlərin temp hərəkətlərində final mərhələsində qüvvəsini sınayıb. 27,320 xal toplayan idmançılarımız 5-ci yerə şərik olub. Yelena Velikova və Aleks Jekovdan ibarət Bolqarıstan cütü də eyni nəticə göstərib.

Mükafatları isə rusiyalılar Marina Çernova və Georgi Pataraya (29,300), belçikalılar Yana Vastavel və Solano Kassamayor (28,690), böyük britaniyalılar Hanna Bauqan və Rayan Bartlett (28,650) qazanıb.

13:00

Gimnastikanın aerobika və batut növlərindən sonra bu gün akrobatika yarışlarına da yekun vurulacaq.

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında 4 dəst medalın sahibi müəyyənləşəcək.

Ulyana Dyakova və Anatoli Leonov qarışıq cütlərin temp hərəkətlərində final mərhələsində qüvvəsini sınayacaq. Təsnifat mərhələsində 6-cı olan idmançılarımız saat 14:35-də başlayacaq həlledici yarışda mükafatçılar sırasına düşməyə çalışacaq.

Təmsilçilərimiz saat 17:30-da balans hərəkətlərində də çıxış edəcək.

Bu gün Qadınlardan ibarət qrupların balans və temp hərəkətlərində də final yarışları baş tutacaq. Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət komandamız 2 dəfə bacarığını nümayiş etdirəcək.

Təmsilçilərimiz 16:05-də başlayacaq balans hərəkətlərində mükafatlar uğrunda yarışacaq. Onlar saat 18:25-də start götürəcək temp hərəkətlərində də güclərini sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm