• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bədii gimnastika: Həmyerlimiz Marina Durunda gümüş medal qazandı – FOTO/CANLI YAYIM - YENİLƏNİR

Bədii gimnastika: Həmyerlimiz Marina Durunda gümüş medal qazandı – FOTO/CANLI YAYIM - YENİLƏNİR

Bədii gimnastika üzrə fərdi lent yarışlarının qalibləri bəlli olub. 19,000 xal toplayan Rusiya idmançısı Yana Kudryavtseva qızıl medalı qazanıb. Həmyerlimiz Marina Durunda 18,200 xal toplamaqla gümüş medalı, Gürcüstan idmançısı Salome Pazhava isə 17,950 xalla bürünc medalı qazanıb.

18:39

Gürzlərlə fərdi çıxışların da qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. O, 19.200 xalla birinci yerə çıxıb.

Qanna Rizatdinova (Ukrayna) 18.550 xalla ikinci yeri tutub. Bürünc medala isə 18.150 xal toplayan Melitina Stanyutaya (Belarus) layiq görülüb.

Yana Kudryavtseva bu gün top ilə fərdi çıxışlarda da qızıl medala layiq görülüb, iyunun 19-da isə fərdi çoxnövçülükdə birinci yeri tutub.

Həmçinin Qanna Rizatdinova bu gün top ilə fərdi çıxışda ikinci, Melitina Stanyuta üçüncü yerə çıxıb.

Bədii gimnastika yarışı davam edir.

17:37

Akrobatika gimnastikası yarışlarında qadınlar arasında qrup - balans hərəkətləri üzrə final yarışı keçirilib.

Bu yarışda 28,700 xalla Belçika təmsilçiləri 1-ci, 28,550 xalla Rusiya təmsilçiləri 2-ci, 28,510 xalla Belarus idmançıları 3-cü olub.

***

Bədii gimnastika yarışlarında qrup gürzlər və halqalar üzrə final qarşılaşması keçirilib.

17,600 xalla Belarus təmsilçiləri birinci olub. 17,500 xal toplayan İsrail komandası 2-ci, 17,150 xal toplayan Ukrayna komandası isə 3-cü olub.

***

Bədii gimnastika yarışlarında fərdi top üzrə final qarşılaşması keçirilib.

18,950 xal toplayan Rusiya gimnastı Yana Kudryavtseva birinci olub.

Ukrayna təmsilçisi Qanna Rizatdinova 18,250 xalla ikinci, belarus gimnastı Melitina Staniouta isə 18,200 xalla 3-cü olub.

17:27

Qadınlardan ibarət qrupların balans və temp hərəkətlərində də final yarışları başlayıb. Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət komandamız balans hərəkətlərində 27,730 xal toplayıb. Komandamız çıxışını 4-cü yerdə başa vurub. Mükafatçılar sırasında isə Belçika (28,700), Rusiya (28,550) və Belarus (28,510) öz yerlərini alınlar.

17:17

Topla hərəkətlərdə təmsilçimiz Marina Durundanən çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsində 6-cı yerdə qərarlaşıb. Bu hərəkətdə ilk “3-lüyü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

15:53

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. 3 növdə mübarizə aparan idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub.

Mükafatları isə rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

15:06

Bu gün Bakı 2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 6 dəst medal sahibini tapacaq.

Gimnastlar saat 14:30-da başlayacaq yarışda 6 növdə çıxış edəcək. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda final mərhələsi ilə yanaşı, qruplar da 2 növdə qüvvəsini sınayacaq.

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxacaq. O, 3 növdə mükafat qazanmağa çalışacaq.

Marina saat 14:30-da başlayacaq həlqə ilə görüşdə ilk çıxışını gerçəkləşdirəcək. Təmsilçimiz qüvvəsini 5-ci sınayacaq.

Topla hərəkətlərdə yarışa 16:05-də start veriləcək. Durunda 3-cü çıxış edəcək.

Bədii gimnastika yarışları lentlə hərəkətlə yekunlaşacaq. Saat 18:25-də başlayacaq yarışda gücünü sınayacaq sonuncu idmançı Durunda olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR