Abdullayev: “Bir təsadüfi zərbə hər şeyə son qoya bilər”
Bizi izləyin

Bakı 2015

Abdullayev: “Bir təsadüfi zərbə hər şeyə son qoya bilər”

"İlk döyüş həmişə ağır olur. Qalib gəldiyim üçün çox sevinirəm. Əlimdən gələni etdim və Allaha şükür istəyimə nail oldum".

Publika.az xəbər verir ki, bu sözləri ölkəmizi 91 kiloqram çəki dərəcəsində təmsil edən Abdulqadir Abdullayev macarıstanlı rəqibi üzərində qazandığı qələbədən sonra deyib. Azarkeşlərdən razılığını ifadə edən boksçumuz növbəti görüşlərdə də bu dəstəyi gözlədiyini bildirib:

"Bütün məni dəstəkləyənlərə minnətdarlığımı bildirəm. Allah onlardan razı olsun. Bütün döyüşlərdə belə dəstək gözlüyürəm".

Sonda qızıl medala olan iddiasından danışan Abdullayev bunun üçün əlindən gələni edəcəyini deyib:

"Belə davam etsə, çempion ola bilərəm. Bütün məşqçilərimə, Boks federasiyasına, mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Rəqib kim olur-olsun, hər an hər şey ola bilər. Bir təsadüfi zərbə hər şeyə son qoya bilər. Ona görə diqqətli olmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm