Saymon Kleq: “12 gündə yalnız bir idmançıda dopinq tapılıb”
Bizi izləyin

Bakı 2015

Saymon Kleq: “12 gündə yalnız bir idmançıda dopinq tapılıb”

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, konfransda çıxış edən Bakı 2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq dünənin yekunları və bu günün planları ilə bağlı məlumat verib:

““Dünən 7 idman növü üzrə yarış başa çatıb. 19 mindən çox tamaşaçı gimnastikanın müxtəlif növlərində iştirak edib. 7 müxtəlif məkanda təxminən orta tamaşaçı iştirakı 81 faiz olub. Əlavə 12 min bilet satmışdıq. 1600-ə yaxın idmançı və rəsmi nümayəndə artıq Azərbaycanı tərk edib. Bu gün 3 idman növü üzrə finallar keçiriləcək. Tədricən Tofiq Bəhramov adına Respublika stadionunun ənənəvi formasına qayıtmasını təmin edirik”.

Baş direktor qeyd edib ki, 12 gün müddətində yalnız bir idmançı dopinqə görə oyunlardan kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm