Qadın voleybolu: Azərbaycan Hollandiyanı məğlub etdi – YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Qadın voleybolu: Azərbaycan Hollandiyanı məğlub etdi – YENİLƏNİB

Üçüncü setdə təşəbbüsü tamamilə ələ alan Azərbaycan voleybolçuları 25:13 hesabı ilə qələbə qazanıblar. Görüşdə 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması yarımfinala vəsiqə qazanıb. Yarımfinalda komandamızın rəqibi Türkiyə millisi olacaq.

X X X

Gərgin idman mübarizəsi şəraitində keçən ikinci setdə də Azərbaycan voleybolçuları 25:23 hesabı ilə qalib gəliblər.

19:31

Millimiz ilk setdə Hollandiyaya 25-21 qalib gəldi (1-0)

18:54

Bu gün Bakı 2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, baş tutacaq 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupdan lider kimi çıxan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.

Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Mərhələnin son qarşılaşmasında Belçika ilə Serbiya üz-üzə gələcək.

Voleybol, qadınlar

23 iyun

1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)

Türkiyə - Rusiya 3:1 (25:18, 23:25, 25:22, 25:19)

Azərbaycan – Hollandiya 3:0 (25:21, 25:23, 25:13)

Belçika – Serbiya 2:3 (22:25, 25:19, 14:25, 25:21, 17:19)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm