Qılıncoynatma: Millilərimiz mübarizəni dayandırdı - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Qılıncoynatma: Millilərimiz mübarizəni dayandırdı - CANLI YAYIM - YENİLƏNİR

I Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə iştirak edən Azərbaycanın kişilərdən, sablya növündə isə qadınlardan ibarət komandası çıxışını başa vurub.

Heyətdə Azər Tağıyev, Cavanşir Səfərov və Cavanşir Ağakişiyevin yer aldığı komandamız 1/4 finalda Rusiyaya 18:45 hesabı ilə məğlub olub. 5-ci və 6-cı pillə uğrunda mübarizədə isə Azərbaycan qılıncoynadanları Macarıstana uduzub - 19:45. Nəticədə Azərbaycanın qılıncoynadanları komanda yarışında 6 iştirakçı arasında sonuncu olub.

Qadınların sablya növündə komanda yarışlarında da eyni nəticə qeydə alınıb. 1/4 finalda Rusiyaya 19:45 uduzan Azərbaycan qılıncoynadanları 5-ci yer uğrunda mübarizədə Macarıstanla bacara bilməyib - 25:45.

09:39

Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma üzrə yarışların 4-cü günü başlayıb.

Publika.az-ın məlumatına görə, bu gün qılıncoynatmanın bütün 3 növü üzrə komanda yarışları keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm