Kleq: “Qeyri-qanuni satışların qarşısını almağa çalışırıq”
Bizi izləyin

Bakı 2015

Kleq: “Qeyri-qanuni satışların qarşısını almağa çalışırıq”

“Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək bir tədbir olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, indiyədək 217 medal öz sahini tapıb. Azərbaycan qazandığı uğurlara görə ikinci pillədədir. Bu gün isə 27 medal öz sahibini tapacaq.

S.Kleq deyib ki, hava şəraitinin küləkli keçməsi ilə əlaqədar olaraq, bu gün BMX velosiped yarısları keçirilməyəcək. Velosiped yarışlarının final yarıslarının sabah keçirilməsi planlaşdırılır.

Baş direktor ölkə prezidenti İlham Əliyevin və bütün qurumların dəstəyini hiss etdiyini bildirib:

“Hazırda missiya rəhbərlərinin görüşündən gəlirəm. Onlar da hər şeydən razıdırlar. Bu insanların dəstəyi Oyunların daha yüksək səviyyədə keçirilməsinə töhfə oldu”.

Kleq bağlanış üçün biletlərin sosial şəbəkədə satışa çıxarılmasından məlumatlı olduqlarını deyib:

“Biletlər yenidən satılmamalıdır. Müvafiq qurumlarla bu məsələdə əməkdaşlıq edirik. Qeyri-qanuni satışların qarşısını almağa çalışırıq”.

Baş direktor yenidən Azərbaycanla əməkdaşlıq etmək arzusunda olduğunu gizlətməyib:

“İyunun 24-nə qədər 5,4 milyon insan internet saytımıza daxil olmuşdu. O ki qaldı gələcək planlarıma, bağlanış mərasimindən sonra dincəlməyə gedəcəm. Buna haqqım var. Sonrasına baxarıq. Azərbaycan mənim həyatımda böyük rol oynayıb. Ailəm, xanımım Bakını ikinci vətən adlandırır. Parlaq gələcəyə malik böyük dövlətdir. Yenidən əməkdaşlıq edib-etməyəcəyimizi gələcək göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm